"The French Dispatch"dan İlk Treyler Yayımlandı!

14 Fevral, 2020


Wes Anderson’un "Benisio del Toro" (Benicio Del Toro), Tilda Suinton (Tilda Swinton), Bill Mürrey (Bill Murray), Frensis Makdormand (Frances McDormand), Timoti Şalame (Timothée Chalamet), Sirşa Ronan (Saoirse Ronan) kimi adları bir araya gətirən yeni filmi The French Dispatch’dən ilk treyler yayımlandı.

Rushmore, The Royal TenenbaumsThe Grand Budapest Hotel kimi izləyicinin rəğbətini qazanan filmlərə imza atan Wes Anderson‘ın yeni filmi The French Dispatch , bu ilin ən maraqla gözlənilən filmləri arasında yer alır. 20-ci əsrdə Fransanın xəyali bir şəhərində yaşayan amerikalı jurnalistlərə yazılmış bir eşq məktubu olaraq dəyərləndirilən film, The French Dispatch adlı bir jurnalda illər boyu yaşanan olayları böyük ekrana gətirir.



İzləyiciyi 1925-1975 illər arasına dəvət edən filmin aktyor heyətində "Benisio del Toro" (Benicio Del Toro), Tilda Suinton (Tilda Swinton), Bill Mürrey (Bill Murray), Frensis Makdormand (Frances McDormand), Sirşa Ronan (Saoirse Ronan), Lea Seydu (Léa Seydoux), Timoti Şalame (Timothée Chalamet), Edrien Broudi (Adrien Brody), Ouen Uilson (Owen Wilson), Uillem Defo (Willem Dafoe), Mathieu Amalric, Ceffri Rayt (Jeffrey Wright), Kristof Valts (Christoph Waltz), Elizabet Moss (Elisabeth Moss), Ceyson Şvartsman (Jason Schwartzman), Henri Uinkler (Henry Winkler), Lois Smith, Sesil De Frans (Cécile de France), Lyna Khoudr, Stephen Park, Lev Şrayber (Liev Schreiber), Elizabet Moss (Elisabeth Moss), Edward Norton, Guillaume Gallienne, Ceyson Şvartsman (Jason Schwartzman), Toni Revolori (Tony Revolori), Rupert Frend (Rupert Friend), Bob Balaban, Hippolyte GirardotAnjelika Hyuston (Anjelica Huston) kimi önəmli adlar yer alıyor.

Həyəcanla gözlədiyimiz The French Dispatch, 18+ yaş həddi ilə premyerası olacaq. Amerikada filmlərin alacağı yaş həddlərini müəyyən edən MPAA, filmin çılpaq, açıq-saçıq söhbətlər və jarqon istifadə olunduğuna qərar verməsilə filmə 18+ yaş həddi gətirdi. Filmə çılpaqlıq səbəbindən bu yaş həddinin qoyulmuş olması, gördüyümüzdən daha fərqli bir Wes Anderson filmi izləyəcəyimizi üzə çıxarır.



Filmdə ağ-qara və animasiya bölmələrinin də olduğunu sözlərimizə əlavə edək. 20-ci əsrdə Fransanın siyasi və sosial atmosferinin danışılmasında və zaman hissəsindəki fərqliliklərin göstərilməsində, ağ-qara anlatım teknikasının istifadə olunması məntiqli bir seçimdir. Animasiya bölmələrinin necə formada izləyiciyə necə təqdim olunması isə maraq mövzusudur. Diqqət çəkici aktyor heyəti ilə adından söz etdirən The French Dispatch filminin ABŞ-da 24 iyulda premyerası olacaq.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər