Toni Revolori
Aktyor, prodüser, operator
Toni Revolori amerikalı aktyordur. “Budapeşt Qrant oteli" filmində Zero Mustafa rolu ilə tanınıb. Aktyor Mario Revolorinin kiçik qardaşıdır. Revolori 28 aprel 1996-cı ildə Anahaymda (ABŞ, Kaliforniya) anadan olub. Əslən qvatemalalıdır. Atası Mario Kinones gənc yaşlarında aktyor olub. Toni kinoda 2004-cü ildə qardaşı Mario ilə birlikdə rejissor Olqa Zuravskayanın “Nebraska” qısametrajlı filmində debüt edib. Ardınca “Gözəllər”, ”Adım Erldir” seriallarının ayrı-ayrı epizodlarında çəkilib. Bu müddətdə Toni “Antiterror” bölüyü serialında epizodik rolda yer alıb. 2000-ci illərdə “Smother” və “Spout” qısametrajlı filmlərində çəkilib. "Ernesto" telelviziya komediyasında və “İdeal oyun” (2009) idman dramında Filed Ruis rolunda çəkilib. "Hörümçək adam: Evə qayıdış" (2017) və "Hörümçək adam: Evdən uzaqda" (2019) filmlərində Fleş Tompson rolunu canlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tony_Revolori