Anjelika Hyuston
Aktrisa
Anjelika Hyuston 8 iyul 1951-ci ildə Santa-Monikada (Kaliforniya ştatı, ABŞ) rejissor Con Hyuston və onun dördüncü həyat yoldaşı balerina Enrika Somun ailəsində anadan olub. Onun babası Uolter Hyuston teatr aktyoru, “Oskar” mükafatının sahibi olub. Aktrisanın həmçinin Toni adlı böyük qardaşı, Denni adlı qardaşı və Alleqra adlı ögey bacısı var. Onun uşaqlığı İrlandiya və İngiltərədə keçib, harada ki o prestijli Konnemar qızlar üçün internat məktəbində oxuyub. Daha sonra isə Holland-Park məktəbində təhsil alıb. 1969-cu ildə Anjelika atasının iki filmində rol alıb. Elə həmin il anası Enrika Soma avtomobil qəzasında dünyasını dəyişib. Bir neçə il keçdikdən sonra Anjelika ABŞ-a köçüb və burada uğurlu model karyerası ilə məşğul olub. 1980-ci illərin əvvələrində o yenidən filmlərdə kiçik rollarda çəkilməyə başlayıb. Onun ən məşhur filmləri arasında “Paçtalyon həmişə iki dəfə zəng vurur” (1981) filmini misal göstərə bilərik. Burada Məşhur aktyorlar Cek Nikolson və Cesssika Lenq çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%8C%D1%8E%D1%81%D1%82%D0%BE%D0%BD,_%D0%90%D0%BD%D0%B6%D0%B5%D0%BB%D0%B8%D0%BA%D0%B0