Edrien Broudi

Edrien Broudi

Aktyor

BİOQRAFİYA

Edrien Broudi 14 aprel 1973-cü ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Edrienin ata tərəfdən nənəsi yəhudi, anası isə macarıstanlı katolik idi. Anasının fotokamerasının obyektivinə tez-tez tuş gələn, artıq kamera qarşısında rahat olmağa öyrəşən və hələ uşaq ikən aktyor olmağı arzulayan Edrien Broudi, 12 yaşında dostlarının ad günü şənliklərində “Möcüzəli Edrien” adı ilə müxtəlif sehrbaz tamaşaları göstərərdi. Bu istedadı onu izləyən anasının diqqətini çəkir və beləliklə, onun aktyorluq dərsləri keçməsinə qərar verir. 1980-ci illərdə Brodvey tamaşalarında və qısa bir müddət Meri Tayler Morla birlikdə “Annie McGuire” adlı televiziya serialında rol alır. Aktyora dünya miqyasında şöhrət gətirən və bir çox mükafat qazandıran film isə Roman Polanskinin 2002-ci ildə lentə aldığı “Pianoçu” (“The Pianist”) filmi olur. Bu filmdəki roluna görə 2002-ci ildə “Ən yaxşı aktyor” nominasiyasında "Oskar"a namizəd göstərilir və qalib olur. Edrien Broudi heç vaxt evli olmayıb və övladı yoxdur. Aktrisalar Mone Mazur, Helli Berri, Kira Naytli, model DJ Skay Nellorla münasibətləri olub. 2007-ci ildə ispan aktrisası Elza Pataki ilə tanış olur və nişanlanır. Lakin Elza avstraliyalı aktyor Kris Hemsvorta ərə gedir. Edrien 2012-ci ildən Lara Leito ilə görüşür. Reper Tupak Şakurun yaxın dostu olub. Onunla birlikdə "Güllə" filmində çəkilib (1996).


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Edrien_Broudi

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç