Elizabet Moss

Elizabet Moss

Aktrisa

BİOQRAFİYA

Elizabet Sinqlton Moss 24 iyul 1982-ci ildə Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. “Qızıl qlobus” (2014, 2018) və “Emmi” (2017) mükafatlarının sahibidir. “Qərb qanadı” (1999—2006) serialında prezident Cozay «Ced” Bartletin kiçik qızı Zoyi Bartlet, “Dəlilər” (2007—2015) serialında katibə Peqqi Olson, “Gölün başı” (2013, 2017) serialında detektiv Robin Qriffin rolları ilə tanınıb. 2017-ci ildən etibarən kanadalı yazıçı Marqaret Etvudun romanı əsasında çəkilən “Damazlıq qızın hekayəti” serialında baş rolda çəkilib. Moss televiziyadakı işinə görə “müasir televiziya kraliçası” adlandırılıb. Elizabet Moss musiqiçi ailəsində göz açıb. Elizabetin kiçik qardaşı var. Moss uşaq yaşlarında rəqqasə olmaq istəyib. Amerika baleti məktəbinə daxil olmaq üçün Nyu-Yorka yollanıb. Vaşinqtonun Kolumbiya dairəsində Con Kennedi adına İncəsənət Mərkəzində amerikalı balerina Süzann Farelldən dərs alıb. Baletlə məşğul olmağa davam etsədə Mossun aktrisa olmaq istəyi üstün gəlir. Aktyorluq karyerasına kiçik yaşlarından başlayan Moss məktəbdən çıxaraq evdə təhsilini davam edir. 1999-cu ildə 16 yaşında bütün məktəb imtahanlarından keçir. 2008-ci ilin oktyabrında Elizabet Moss “canlı efirdə şənbə axşamı” teleşousunun aktyoru “Fred Armisenlə tanış olur. Cütlük 25 oktyabr 2009-cu ildə Nyu-Yorkun Lonq-Aylend-Siti rayonunda evlənib. 2010-cu ilin iyununda Elizabet və Fred ayrılır. 13 may 2011-ci ildə isə rəsmi boşanırlar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: 
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D1%81%D1%81,_%D0%AD%D0%BB%D0%B8%D0%B7%D0%B0%D0%B1%D0%B5%D1%82

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç