Ceffri Rayt

Ceffri Rayt

Aktyor, prodüser

BİOQRAFİYA

Ceffri Çarlz Rayt 7 dekabr 1965-ci ildə ABŞ-ın Kolumbiya ştatında anadan olub. Anası gömrük vəkili işləyib, atası isə Rayt uşaq ikən vəfat edib. Rayt Sent-Olbans xüsusi məktəbini bitirib, 1987-ci ildə kollecdə politologiya ixtisası üzrə bakalavr dərəcəsi alıb. Hüquqşünaslıq fakültəsində təhsil almağı planlaşdıran Rayt nəticədə aktyorluq sənətini seçir. Aktyorluq karyerasını Nyu-York və Vaşinqtonun off-Brodvey teatrlarının səhnəsindən başlayır və 1990-cı ildə ilk böyük rolunu Harrison Fordla birlikdə “Təqsirsizlik prezumpsiyası” filmində alır. 1991-ci ildə Atol Fuqardın “Yay gecəsində yuxu” və “Qan bağları” tamaşasında rol alır. 1993-1994-cü illərdə Rayt Toni Kuşnerin “Mələklər Amerikada” pyesində dreq-kvin Beliz rolunu oynayır və pyesdə "Ən yaxşı ikinci dərəcəli kişi rolu"na görə “Toni” mükafatına layiq görülür. O, rəssam Jan Mişel Baksiya rolunu oynadığı “Baksiya”, “Məşhur” (1998), "İblislə təqib" (1999) və "Şaft" (2000) filmlərində istər baş, istərsə də ikinci dərəcəli rolları ilə tanınır. 2003-cü ildə Rayt “Mələklər Amerikada” NBO mini-serialında yenidən Beliz obrazını canlandırır və bu rola görə “Qızıl Qlobus” və “Emmi” mükafatlarına layiq görülür. Rayt 2000-ci ildə aktrisa Karmen Edjoqo ilə nikaha daxil olur (nikahları artıq pozulub) və bu nikahdan oğlu Elayja və qızı Cuno dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jeffrey_Wright

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç