Benisio del Toro 19 fevral 1946-cı ildə San Xuan (Puerto-Riko) şəhərində vəkil Qustavo Adolfo del Toro Bermudez və həyat yoldaşı Fausta Sançez Riveranın ailəsində doğulub. Aktyorun özündən iki yaş böyük qardaşı var. O uşaq onkoloqudur. Benisio Amerika əsillidir. Doqquz yaşında olarkən, anası hepatitdən vəfat edib. 12 yaşı olanda atası onu Pensilvaniyaya (ABŞ) qohumlarının yanına göndərir. Benisionu orada internat məktəbə yerləşdirirlər. Məktəbi bitirdikdən sonra Benisio del Toro atasının təkidi ilə Kaliforniya Universitetinə daxil olur və orada biznes üzrə təhsil alır. Teatrla maraqlandığı üçün təhsilini yarımçıq buraxıb Nyu-Yorka gedir. Dram və İncəsənət məktəbinə daxil olur. Ancaq bəzi səbəblərdən burada oxuya bilmir və Los-Ancelesə köçür. Los-Ancelesdə üç il məşhur teatr müəllimləri Stella Adler və Arturo Mendozadan dərs alır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Benicio_del_Toro