Bill Mürrey

Bill Mürrey

Aktyor, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA
Bill Mürrey 21 sentyabr 1950-ci ildə İllinoys ştatının Uilmett şəhərində (ABŞ) anadan olub. Uşaq vaxtlarında qolfdan başqa heç nə ilə maraqlanmazdı. Məktəbdə isə sinif yoldaşları ilə dalaşar, müəllimlərin karikaturalarını çəkərdi. Məktəbə, demək olar ki, nifrət edirdi; məktəb teatrından başqa. Özünün dediyinə görə, məktəb teatrında onu maraqlandıran ancaq səhnəyə çıxan zərif cinsin nümayəndələri olub. Bill məktəbdə oxuyarkən bir neçə tamaşada iştirak edir, lakin bununla aktyorluq karyerasına müvəqqəti olaraq fasilə verir. Qəribə olsa da, orta təhsilini bitirdikdən sonra Kolorado tibb kollecinə qəbul olur. Lakin kollecdə tərbiyəsi tamamilə pozulur. Dəfələrlə polis bölməsinə aparılan Bill tezliklə kollecdən qovulur. Çarəsiz vəziyyətdə Çikaqoya qayıdır və bir müddət günəmuzd işlərdə çalışır. Mağazada satıcı, restoranda ofisiant işləsə belə, işini tez-tez dəyişirdi. Həmin dövrdə qardaşı Brayan məşhur Çikaqodakı “Second City” aktyorluq studiyasında oxuyurdu. Bill qardaşının yanına gəlir və ödənişsiz oxuya bilməsi üçün ona təqaüd ayrılır. Lakin aktyorluq karyerasına da digər işlər kimi ciddi yanaşmırdı. Tədricən aktyorluğa meyli olan Mürrey özünü komik obrazlarda göstərməyə başlayır. Bir müddət epizodik rollarda çəkilir. 30 yaşına çatanda ampluasını dəyişməyə qərar verir. O, gücünü toplayaraq dramatik rollara keçməyi qarşısına məqsəd qoyur. 1984-cü ildə Mürreyi şöhrətin zirvəsinə qaldıran ”Kabus ovçuları” filmində çəkilir. 90-cı illərdə komik aktyor olmaqla bərabər hər bir rolun öhdəsindən gələ biləcək aktyor kimi özünü sübut edir. 90-cı illərin sonunda “Vəhşilik” trillerində çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Bill_M%C3%BCrrey

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç