Ouen Uilson

Ouen Uilson

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA
Ouen Uilson 18 noyabr 1968-ci ildə Texas ştatının Dallas şəhərində (ABŞ) dünyaya gəlib. Ouenin iki qardaşı var - böyük Endrü və kiçik Lük. Hər ikisi aktyordur. Aktyor uşaq ikən yıxılaraq burun sümüyünü zədələdiyindən əyri və böyük burnu ilə seçilir. Onun kino debütü Ues Andersonun quruluş verdiyi və onunla birlikdə ssenarisini yazdığı “Şüşə raket” filmidir. Onlar hətta 2001-ci ildə “Tenenbaum ailəsi” filminə də birgə ssenari yazıblar. Bu ssenari həm "Oskar", həm də BAFTA kino mükafatına namizəd seçilir. Uilsona şöhrət kinorejissor Ben Stillerlə tanışlıqdan sonra gəlir. Belə ki, Ben “Şüşə raket” filminin pərəstişkarı olduğu üçün Oueni “Kabelçi” layihəsinə dəvət edir. “Anakonda”, “Armageddon” və “Təpədəki evin kabusu” filmindəki epizodik rollardan sonra Ouen “Əbədi gecəyarı” bioqrafik filmində və ”Həyatdan məhrum olunmuş” trillerində ikinci dərəcəli rollarda çəkilir. Növbəti uğur 2000-ci ildə “Şanxay gündüzü” macəra komediyasından sonra başlayır. Dünya prokatından 100 milyon dollardan çox gəlir gətirən filmdə aktyorun tərəf-müqabili Ceki Çan olur. Uilsonun növbəti uğurlu filmi 2001-ci ildə Ben Stillerlə birgə çəkildiyi “Nümunəvi kişi” komediyasıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Owen_Wilson

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç