Henri Uinkler 30 oktyabr 1945-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Valideynləri Almaniyadan olan yəhudi mühacirlərdir. Uinkler "MakBerni məktəbi"ndə oxuyub və 1967-ci ildə "Emerson kolleci"ndə bakalavr dərəcəsi alıb. 1970-ci ildə "Yel Dram məktəbi"ndə incəsənət üzrə magistr dərəcəsi alıb. Uinkler Ostin kollecində humanitar elmlər üzrə doktorluq dərəcəsi alıb. 5 may 1978-ci ildə Uinkler Steysi Vaytsmanla evlənib. Onların iki uşağı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Henry_Winkler