Lev Şrayber
Aktyor, rejissor, ssenarist, prodüser
Lev Şrayber 4 oktyabr 1967-ci ildə San-Fransiskoda (Kaliforniya ştatı, ABŞ) anadan olub. 1990-ci illərdə Şrayber “Gəzirlər, söhbət edirlər”, “Gündəlik səyahətçilər”, “Ayda gəzinti” kimi bir neçə müstəqil filmdə rol alaraq, müstəqil kino aktyoru kimi tanınıb. Son iki filmdəki roluna görə o, müstəqil kino mükafatı “Chlotrudis Awards”a namizəd göstərilib. “Haray” çoxseriyalı filmindəki cinayətlərdən şübhəli rolundan sonra Lev böyük büdcəli studiya filmlərinə çəkilməyə başlayır. O, 2000-ci ildə İtan Houkla birlikdə “Hamlet”, 1999-da Denzel Vaşinqtonla birlikdə “Qasırğa”, 2002-ci ildə Ben Affleklə birlikdə “Qorxunun qiyməti” filmlərinə çəkilib. 2010-cu ildə Lev Şrayber “Solt” filmində baş rollardan birini canlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Liev_Schreiber