Film Birinci və İkinci Dünya Müharibələri ərzində faşist lideri Adolf Hitlerin həyatından və hakimiyyətindən bəhs edir. Təkcə bir insanın bütöv milləti idarə edib, insan haqları və azadlıqlarını kobud şəkildə pozmasına imkan vermiş alman cəmiyyəti ilə bağlı geniş bilgilər verilir. Tamaşaçı natiqlik bacarığı, xarizması, qatı-sağçı mövqeyi ilə almanların beyninə antisemit və radikal ideyalar yeridən diktatorun həyatı haqqında maraqlı faktları öyrənəcək. Əvvəl hər kəs onu sevir və ona pərəstiş edirdi. Ancaq hakimiyyətə gəlməsindən sonra almanlar dövlətin başına "İblisi" gətirdiklərini anlamağa başladı. Çünki Almaniya nasizmindən təkcə Avropa ölkələri deyil, eyni zamanda onun iradəsinə tabe olmaq istəməyən almanlar da əziyyət çəkirdi. Azad fikirli almanlar təqiblərə, repressiyalara məruz qalırdı. Ekran əsəri eyni zamanda Hitlerin bioqrafiyası ilə bağlı qaranlıq qalan bir çox məqamlara toxunur...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar
10 üzərindən 10 tarixi faktlara söykənərək çəkilib. Onun necə manipulasiya ustası olduğundan fikirlərini təlqun etmək üzrə qeyri adi istedada malik olduğundan travmalarından psixi pozuntularından bəhs edən möhtəşəm bir film.
Vüsal 11.01.2026
Film tarixi hadisələr əsasında çəkilib. Ssəbirlə və diqqətlə baxmağı tövsiyə edirəm. Kino Hitlerin hakimyyəti necə gəlməyindən və şəxsi həyatından bəhs edir
Nicat12.06.2023
Belə də, 10 xaldan 4. bircə ona əmin olmaq olur ki, hələ də almanlar Hitleri sevir, qayıtsa yenə onu dəstəkləyərlər.