Tomas Senqster

Tomas Senqster

Aktyor, prodüser

BİOQRAFİYA

Tomas Senqster 1990-cı ildə Londonda (İngiltərə) sənətçi ailəsində anadan olub. 2007-ci ilə kimi doğma şəhərində ailəsi ilə birgə yaşayıb. Anası aktrisa Taşa Senqster BBC-nin bir neçə filmində rol alıb, həmçinin aktyor olan atası da “Kral şir” musiqili teatr tamaşasında oynayıb. Tomasın ilk rolu BBC telekanalında yayımlanan “Steyşn Cimin macəraları” telefilmində olub. Daha sonra bir neçə televiziya filminin çəkilişlərində iştirak etdikdən sonra “Bobbinin qızına” və “Möcüzə açıqçaları” filmlərində baş rola dəvət alır. 2003-cü ildə Monte-Karloda keçirilən kinofestivalda “Zamin” adlı filmdə oynadığı rola görə “Best Actor in mini series” mükafatına layiq görülüb. “Əsl məhəbbət” filmi onun böyük kinoda oynadığı ilk rol olub. Həmin filmdə Liam Nissonun qəhrəmanının ögey oğlunu oynayıb. Bu rolu tam mənimsəmək üçün atası ilə birgə zərb alətlərində ifa etməyi öyrənib. Həmin filmə görə eyni zamanda “Golden Satellite Award”, “Phoenix Film Critics Society Awards” və “Young actor” mükafatına namizəd olub. 2008-ci ildə "Pinnokio" filminə çəkilir. Həmin il məşhur Hollivud rejissoru Stiven Spilberq onu TinTin roluna seçsə də, filmin çəkilişləri ertələndiyindən onda iştirak edə bilməyib. “Con Lennon: Başlanğıc” filmində Tomas gənc Pol Makkartni roluna seçilib və bunun üçün faktiki olaraq yenidən gitara kurslarına getməyə məcbur olub. Senqster həmçinin “Labirintdə qaçış” saqasına çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Thomas_Brodie-Sangster

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç