Cena Meloun

Cena Meloun

Aktrisa

BİOQRAFİYA

Cena Meloun 21 noyabr 1984-cü ildə ABŞ-ın Nevada ştatının Sparks şəhərində anadan olub. Cenanın Medison adlı ögey bacısı var. 2002-ci ildə Şimali Kaliforniya kollecinə daxil olaraq, fotoqraflıq üzrə təhsil. 1991-ci ildə “Rozann” teleserialında kiçik rol alıb. “Karolina mələzi” (1996), “Əlaqə” (1997) və “Ögey Ana” (1998) filmlərində yaratdığı yeniyetmə obrazları ilə məşhurlaşıb. 1999-cu ildə Melounun ailəsində ixtilaf düşüb, ailə demək olar ki, Cenanın aktrisalıqdan qazandığı pulların hesabına dolanıb. Yetkinlik yaşına çatmadığı üçün qazandığı pulları istədiyi şəkildə xərcləyə bilməyib. Anasının onun pullarını sağa-sola xərclədiyini iddia edən Cena bu haqda lazımı sübutlar toplayaraq ondan məhkəməyə şikayət edib. Yetkinlik yaşına çatmamış şəxslərin işlər ilə məşğul olan ədliyyə instansiyası Cenanın xeyrinə qərar çıxarıb və ona öz vəsaitlərini istədiyi kimi idarəetmək hüququ verib. 2001-ci ildə “Donni Darko” adlı filmə çəkilib. Psixoloji trillerdə məktəbi Donninin rəfiqəsi Qrether Ross rolunda çıxış edib. Yeniyetmə qız obrazı yaratdığı son filmlər “Evdəki kimi həyat”, “Təhlükəli oyunlar” və “Lilandın Birləşmiş Ştatları” filmləri sayılır. Aktrisa eyni zamanda baş rola çəkildiyi “Amerikalı qız” (2002) filminə prodüserlik edib. 2004-cü ildə “Xilas edilmiş” adlı komediya dramında baş rola çəkilib. Daha sonra klassik ingilis romanı olan “Qürur və qərəzin” ekranizasiyasında oynayıb. 2011-ci ildə Zak Snayderin “Qadağan olunmuş fənd” fantastik trillerində baş rollardan birini ifa edib. Canlandırdığı obraza uyğunlaşmaq üçün təhlükəli tryukları yerinə yetirməyin yolunu və əlbəyaxa döyüş sənətini öyrənib. 2013-cü ildə “Aclıq oyunları: Alovlansın məşəl” filmində “7-ci rayonunun” aclıq oyunları üzrə qalibi rolunda çıxış edib. Elə həmin il “Gözlənti” adlı dramın çəkilişlərində iştirak edib. Şəxsi həyatına gəlincə, xeyli müddət fotoqraf İtan DiLorenzo ilə vətəndaş nikahında olub. 2016-cı ildə cütlüyün oğlu olub. Həmin ilin avqustunda nişanlandıqlarını elan etsələr də, bir il sonra yollarını ayırıblar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%8D%D0%BB%D0%BE%D1%83%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D0%BD%D0%B0

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç