Robert Karlayl

Robert Karlayl

Aktyor

BİOQRAFİYA

Robert Karlayl 14 aprel 1961-ci ildə Qlazqonun Merihil qəsəbəsində (Şotlandiya) anadan olub. Hər iki valideyni şotlanddır. Üç yaşı olanda anası onu ərinin himayəsinə verərək, ailəni tərk edib. Atasının maddi durumu o qədər də yaxşı olmayıb və günləri demək olar ki, səfalət içində keçib. Robertin yeddi yaşı olanda atası onu da götürərək, hippilərin icmasına qoşulub. Onların uzun müddət daimi ünvanı olmayıb. Bir neçə il Çelsidə tərk olunmuş evdə qalıblar, daha sonra 18 ay ərzində Brayton limanında yaşayıblar. 16 yaşında məktəbi ataraq fəhlə işləyən atasına kömək edib. Yeniyetməlik illərində çox nadinc olub. Bu gedişlə gələcəyinin böyük sual altında olduğunu anlayan Robert, Cardonald kollecində axşam dərslərinə yazılıb. Aktyor karyerası ərəfəsində futbolçu olmaq sevdasına düşüb. Ancaq Artur Miller Karlaylın pyesinə baxdıqdan sonra teatrla maraqlanmağa başlayıb. Beləcə 21 yaşında Qlazqo İncəsənət Mərkəzinin aktyorluq studiyasına daxil olub. 90-cı illərə qədər müxtəlif teatr tamaşalarında iştirak edib. Aktyor dostları ilə “Raindog Theatre Company” truppasını yaradıb. Kinoda ilk əlamətdar rolunu britaniyalı rejissor Ken Louçun “Riff Raff” filmində oynayıb. Dünya şöhrətini ona “İynədə” (1996) və “Kişi striptizi” (1997) filmləri gətirib. Sonuncuya görə BAFTA mükafatına layiq görülüb. Aktyor həmçinin Bondiana silsiləsində ən uğurlu antoqonist obrazlardan birini yaradıb. Silsilənin Azərbaycanda çəkilmiş sayca 19-cu filmi olan “Bir dünya kifayət deyil” kriminal-casus dramında terrorçu Renard rolunu oynayıb. “İynədə”, “Kişi striptizi” və “Bir dünya kifayət deyil” filmlərində oynadığı rollarla məşhurlaşıb. Həmçinin ABC telekanalında yayımlanan “Bir dəfə nağılda” serialında oynadığı rola görə tanınır. BAFTA mükafatı laureatıdır. 1997-ci ildən rəssam və qrim ustası Anastasiya Şirli ilə ailəlidir. Onların 3 övladı var. Ailə Qlazqoda yaşayır. Aktyor “Qlazqo Reyncers” futbol klubuna azarkeşlik edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Robert_Carlyle

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç