Rupert Frend
Aktyor
Rupert Frend 1 oktyabr 1981-ci ildə İngiltərənin Oksfordşir qraflığının Stounsfild kəndində doğulub və boya-başa çatıb. Məktəbi bitirdikdən sonra Londona köçüb, orada Uebber Duqlas adına Dram-İncəsənət Akademiyasında aktyorluq üzrə təhsil alıb. 2004-cü ildə “Arvadbaz” adlı bədii filmi ilə aktyor debütünü edib. Həmin filmdə oynadığı rola görə “British Independent Film Awards” mükafatına namizəd olub (ən uğurlu debütant kateqoriyasında), dahi yeni istedad nominasiyasında “Satellite Award” mükafatına layiq görülüb. Bir neçə layihədə iştirak etdikdən sonra “Zolaqlı pijamalı oğlan”, “Şeri”, “Gənc Viktoriya” kimi tanınmış ekran adaptasiyalarında ikinci plan rollarını oynayıb. 2008-ci ildə aktyor Tom Misonla birgə “İntiharçı qardaşlar haqqında uzun və qəmgin saqa” adlı qısametrajlı filmə çəkilir (ssenarisini birlikdə yazıblar). 2010-cu ilin yanvar ayında Frend teatr aktyoru kimi debütünü gerçəkləşdirir. Duqlas Karter Binin “Gülən balaca it” pyesi əsasında qoyulmuş tamaşada Mitçel rolunu ifa edib. Həmin il “Stiv” adlı daha bir qısametrajlı filmə çəkilir. Kolin Fört, Kira Natyli və Tom Mison kimi ulduzların çəkildiyi filmə eyni zamanda prodüserlik edib, ssenarisini yazıb. 2012-ci ildən televiziya layihələrinə qoşulub. ABŞ-ın “Vətən” serialına dəvət alıb. 2005-ci ildə “Qürur və qərəz” romanın ekran adaptasiyasının çəkilişləri zamanı aktrisa Kira Naytli ilə tanış olub. Vətəndaş nikahı münasibətləri 2010-cu ilin dekabrında pozulub. Xəbəri Naytlinin atası da The Sun qəzetinə verdiyi müsahibədə təsdiqləyib. 2013-cü ildən Eymi Mallinzlə görüşür. 1 may 2016-cı ildə cültük münasibətlərini rəsmiləşdirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rupert_Friend