Sesil De Frans

Sesil De Frans

Aktrisa

BİOQRAFİYA

Sesil De Frans — belçikalı-fransalı aktrisa. “İkinci dərəcəli qadın roluna görə” “Sezar” mükafatı laureatıdır (2006). 2007-2008-ci illərdə “Ən yaxşı qadın roluna görə” Sezar mükafatına namizəd olub. 1997-ci ildən Sesil müntəzəm qısmetrajlı filmlərə çəkilir. Prodüser Dominik Benear onu ilk tammetrajlı filmin sınaq çəkilişlərinə gətirir. Bundan sonra aktyor Rişar Berrinin rejissor debütü “Məftunetmə sənəti” filmində rol alır. Romantik filmlərdə çəkilən Sesil janrı dəyişmək qərarına gəlir. Aleksandr Ajanın “Yüksək cərəyan” trillerində çəkilir. Film ABŞ-da ekranlara çıxır. Bundan sonra Sesil De Frans Jül Vernin romanı əsasında çəkilən "Yer ətrafında 80 günə səyahət" büdcəli Hollivud filminə dəvət alır. 2005-ci ildə Sesil Romi Şnayder milli mükafatına layiq görülür. 2010-cu ildə “Axirət”, 2011-ci ildə “Velosipedli oğlan”, 2013-cü ildə “Möbius” filmində çəkilir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/C%C3%A9cile_de_France

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç