Ceyson Şvartsman
Aktyor, ssenarist, bəstəkar, prodüser, rejissor
Ceyson Françesko Şvartsman 26 iyun 1980–cı ildə Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) yəhudi əsilli vəkil və prodüser Cek Şvartsman və italyan əsilli aktrisa Taliya Şayrın ailəsində anadan olub. Aktyor Robert Şvartsmanın qardaşıdır. Kinooperator Con Şvartsmanın ögey qardaşıdır. Frensis Ford Koppolanın bacısı oğlu, Nikolas Keycin və Sofiya Koppolanın xalası oğludur. Daha çox rejissor Ues Andersonla “Raşmor Akademiyası” (1998), “Darcilinqa qatar” (2007), “Bənzərsiz mister Foks” (2009), “Ay krallığı” (2012), “Qrand Budapeşt” hoteli (2014) filmləri ilə məşhurlaşıb. “Yüksək pilotaj” (2002), “Könül oğruları” (2004), “Satıcı qız” (2005), “Mariya-Antuanetta” (2006), “Skott Piliqrim hər kəsə qarşı” (2010) və “Mister Benksi xilas etmək” (2013) filmlərindəki rolları ilə tanınıb. Həmçinin Şvartsman televiziyada çalışır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B2%D0%B0%D1%80%D1%86%D0%BC%D0%B0%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D1%81%D0%BE%D0%BD