Frensis MakDormand

Frensis MakDormand

Aktrisa, prodüser

BİOQRAFİYA

Frensis Luiza MakDormand 23 iyul 1957-ci ildə ABŞ-ın İllinoys ştatında anadan olub. İkiqat “Oskar” mükafatı laureatıdır (1997, 2018). Həmçinin, “Toni” (2011), “BAFTA” (2018), “Qızıl Qlobus” (2018), “Emmi” mükafatı (2015) sahibidir. Bundan başqa, dördqat “ABŞ Kino Aktyorları Gildiyası" mükafatının qalibi (1997, 2015, 2018-ci illərdə), üçqat “Müstəqil ruh” mükafatı sahibidir (1997, 2007, 2018-ci illər). 54-cü Berlin kinofestivalının münsiflər heyətinin üzvü olub. Həyat yoldaşı, rejissor və ssenarist Coel Koen ona qardaşı ilə birlikdə çəkdiyi bir çox filmlərində rol verib. Buna misal kimi “Sadəcə qan” (1984) dramı, ona “Oskar” mükafatı qazandırmış “Farqo” (1996) kriminal dramı, “Mövcud olmayan adam” (2011), “Oxuyandan sonra yandır” (2008), “Arizona tərbiyəsi” (1987) filmlərini göstərmək olar. “Missisipi alov içində” (1989), “Az qala məşhur” (2000) və “Şimal ölkəsi” (2006) filmlərində yaratdığı obrazlara görə “Oskar” mükafatına namizəd olub. Digər əlamətdar rollarını “Qısa tarixçələr” (1993), “İbtidai qorxu” (1996), “Qaydalı-qaydasız sevgi” (2003), “Bütöv ay krallığı” filmlərində alıb. 2018-ci ildə “Ebbinq, Missuri sərhədində üç lövhə” filmində oynadığı rola görə MakDormand çoxsaylı kinomükafatlar, o cümlədən “Oskar”, BAFTA, “Qızıl Qlobus”, ABŞ Kino Aktyorları Gildiyası mükafatı ilə təltif olunub. Aktrisa 1984-cü ildən bəri rejissor və ssenarist Coel Koenlə evlidir. Onlar Coelin debüt işi olan “Sadəcə qan” filminin ilk sınaq səhnələrinin çəkilişində tanış olublar. Film böyük ekranlara çıxanda artıq münasibətlərini rəsmiləşdiriblər. 1994-cü ildə cütlük Paraqvaydan olan Pedro adlı altı aylıq uşağı övladlığa götürüb. Oğulluğunun milli mənsubiyyətinə hörmət əlaməti olaraq Frensis ispan dilini öyrənib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Frances_McDormand

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç