Lea Seydu
Aktrisa
Lea Seydu 1 iyul 1985-ci ildə Parisdə, Fransanın ən nüfuzlu ailələrindən birində anadan olub. Atası kinobiznesmen Anri Seydu, anası aktrisa Valeri Şlümberjedir. Babası Jerom Seydu fransalı aktyordur və Fransanın Pather kinoşirkətinin sədridir. Babasının qardaşı Nikola Seydu, aparıcı Fransa kinostudiyası – Gaumontun rəhbəridir. Mik Caqqer, Kristian Lubuten kimi şoubiznes ulduzları və bir çox siyasətçilər və biznesmenlər ailənin dostları olub. Seydunun 3 yaşı olanda valideynləri boşanıb. Atası Parisdə yaşayıb, anası isə Seneqala köçərək, orada cinsi zorakılıq qurbanı olmuş qadınlara yardım mərkəzi açıb. Aktrisanın bir doğma bacısı və üç ögey bacı-qardaşı var. 7 yaşında olanda Parisin özəl məktəblərindən birində oxuyub. Paralel olaraq teatr studiyasının dərslərinə gedib. 14 yaşında təşviş sarsıntılarından və klaustrofobiyadan əziyyət çəkib. Qapalı məkan və izdihamlı yerlərdən qorxub. Daha sonra əsəb pozuntuları daha da dərinləşib, ictimai nəqliyyata, metro və təyyarəyə yaxın dura bilməyib. Onu müalicə etmək üçün Fransanın ən güclü psixoloqlarını cəlb ediblər. Leanın sözlərinə görə, ailəsinin külli miqdarda pullar sərf etməsinə baxmayaraq, ona yalnız məktəb direktoru kömək edə bilib. Onun tövsiyəsi ilə teatr kurslarına yazılmaqla komplekslərdən qurtulub. Lea öz bədənindən utanmağı tərgidir və aktrisa olur. Məktəbdən sonra teatr institutuna daxil olub. Kinoda daha çox “Adelin həyatı” (2013), “007: Spektr” (2015), “Lobster (2015), “Qrand Budapeşt oteli” (2014) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 41 televiziya, bədii film və seriala çəkilib. Şəxsi həyatına gəlincə, 2015-ci ildən Andre Meyerlə görüşür. Cütlüyün 2017-ci il təvəllüdlü oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B5%D0%B9%D0%B4%D1%83,_%D0%9B%D0%B5%D0%B0