92-ci “Oskar” mükafatları sahiblərini tapdı. "Parazitlər" (Parasite), Ən yaxşı film, Ən Yaxşı rejissor, Ən yaxşı beynəlxalq film və ən orijinal ssenari kateqoriyalrında “Oskar”a layiq görülərək gecəyə damğa vurdu.
Film dünyasının ən prestijli mükafatları olan Akademiya Mükafatları, ya da daha çox istifadə olunan adıyla “Oskar” mükafatları, bu gecə təşkil olunan mərasimdə 92-ci dəfə sahiblərini tapdı. Bu il də aparıcısız baş tutan “Oskar” mükafat mərasimində gecəyə damğa vuran film Pon Çjun-Ho (Bong Joon-ho) imzalı "Parazitlər" (Parasite) oldu. Mükafat mərasimindən əvvəl bir çox adam tərəfindən “1917”-ə veriləcəyi təxmin edilən Ən Yaxşı Film mükafatının sahibi olan "Parazitlər" (Parasite) , eyni zamanda Ən yaxşı rejissor, Ən yaxşı beynəlxalq film və ən yaxşı orijinal ssenari kateqoriyalarında da “Oskar”ı qazanan film oldu.
"Parazitlər" (Parasite), Ən yaxşı film “Oskarı”nı qazanaraq önəmli bir ilkə imza atdı. Akademiya mükafatlarının 92 illik tarixində, ingiliscə olmayan bir film Ən yaxşı film “Oskarı”nı ilk dəfə qazandı. İllər içində Roma, Life Is Beautiful, Z, Cries and Whispers kimi filmlər ən yaxşı film kateqoriyasında “Oskar” namizədliyi qazanmış olsa da, bugünə qədər ingiliscə olmayan heç bir film bu mükafatı qazana bilməmişdi.
Ən yaxşı film yarışı sürprizlə nəticələnmiş olsa da aktyorluq kateqoriyalarında gözlənilən adlar mükafatların sahibi oldu. Mükafat sezonu boyunca hardasa hər mükafatı qazanan Xoakin Feniks (Joaquin Phoenix), Rene Zellveger (Renée Zellweger), Bred Pitt (Brad Pitt) və Lora Dern (Laura Dern), Akademiya tərəfindən də mükafata layiq görüldü.
Ən Yaxşı Film kateqoriyası namizədlər: 1917, "Ford Ferrariyə Qarşı" (Ford v Ferrari), "İrlandiyalı" (The Irishman), Jojo Rabbit, Joker, Little Women, Marriage Story, Once Upon a Time… in Hollywood – (qalib) "Parazitlər" (Parasite).
Ən Yaxşı Rejissor: Pon Çjun-Ho (Bong Joon-ho) – "Parazitlər" (Parasite) (qalib), Sam Mendes – 1917, Todd Fillips (Todd Phillips) – Joker, Martin Skorseze (Martin Scorsese) – "İrlandiyalı" (The Irishman), Kventin Tarantino (Quentin Tarantino) – "Bir Dəfə... Hollivudda" (Once Upon a Time… in Hollywood).
Ən Yaxşı Kişi Aktyor: Antonio Banderas (Antonio Banderas) – Pain and Glory, Leonardo DiKaprio (Leonardo DiCaprio) – "Bir Dəfə... Hollivudda" (Once Upon a Time… in Hollywood), Adam Drayver (Adam Driver) – Marriage Story, Xoakin Feniks (Joaquin Phoenix) – Joker (qalib), Conatan Prays (Jonathan Pryce) – The Two Popes.
Ən Yaxşı Qadın Aktrisa: Cynthia Erivo – Harriet, Skarlett Yohansson (Scarlett Johansson) – Marriage Story, Sirşa Ronan (Saoirse Ronan) – Little Women, Şarliz Teron (Charlize Theron) – Bombshell, Rene Zellveger (Renée Zellweger) – Judy (qalib).
Ən Yaxşı İkinci Plan Kişi Aktyor: Tomas Henks (Tom Hanks) – A Beautiful Day in the Neighborhood, Entoni Hopkins (Anthony Hopkins) – The Two Popes, Al Pacino – "İrlandiyalı" (The Irishman), Joe Pesci – "İrlandiyalı" (The Irishman), Bred Pitt (Brad Pitt) – "Bir Dəfə... Hollivudda" (Once Upon a Time… in Hollywood) – (qalib).
Ən Yaxşı İkinci Plan Qadın Aktrisa: Lora Dern (Laura Dern) – Marriage Story (qalib), Skarlett Yohansson (Scarlett Johansson) – Jojo Rabbit, Florence Pugh – Little Women, Kathy Bates – Richard Jewell,, Margot Robbie – Bombshell.
Ən Yaxşı Ssenari: Noah Baumbach – Marriage Story, Rian Johnson – Knives Out,Pon Çjun-Ho (Bong Joon-ho) – "Parazitlər" (Parasite) (qalib), Kventin Tarantino (Quentin Tarantino) – "Bir Dəfə... Hollivudda" (Once Upon a Time… in Hollywood), Sam Mendes ve Krysty Wilson Cairns – 1917.
Ən Yaxşı Beynəlxalq Film: Les Misérables – Fransa, Pain and Glory – İspaniya, Parasite – Cənubi Koreya (qalib), Honeyland – Şimali Makedoniya, Corpus Christi – Polşa.
Ən Yaxşı Animasiya Filmi: How to Train Your Dragon: The Hidden World, I Lost My Body, Klaus, Missing Link, Toy Story 4 –(qalib).
Ən Yaxşı Kostyum: "İrlandiyalı" (The Irishman), Jojo Rabbit, Joker, Little Women – (qalib), "Bir Dəfə... Hollivudda" (Once Upon a Time… in Hollywood).
Ən Yaxşı Vizual Effekt: 1917 - (qalib), "Qisasçılar: Final" (Avengers: Endgame), "İrlandiyalı" (The Irishman), "Kral Şir" (The Lion King), Star Wars: The Rise of Skywalker. Ən yaxşı montaj nominasiyasında isə "Ford Ferrariyə Qarşı" (Ford v Ferrari) "Oskar"a layiq görüldü.