Todd Fillips
Prodüser, rejissor, ssenarist, aktyor
Todd Fillips 20 dekabr 1970-ci ildə Bruklində (Nyu-York ştatı, ABŞ) anadan olub. “Las-Veqasda oğlan qonaqlığı” (2009), “Yanaşı” (2010), "Yol əhvalatı" (2000), “Oğlan Qonaqlığı 2: Veqasdan Banqkoka” (2011) və sair filmlərinin rejissoru və ssenaristi kimi tanınıb. Onun ilk Hated: GG Allin and the Murder Junkies filmi GG Allin pak rokçusundan bəhs edir. O bu filmi "New York University Film School"da təhsil aldığı dönəmdə çəkib. Film o dövrün tələbə filmləri arasında ən çox uğur qazanıb və hətta bir neçə kinoteatrda nümayiş etdirilib. Növbəti film “Qardaşlıq evi” sənədli filmi, kollecin qardaşlığına həsr olunub. Todd filmi Endrü Qarlandla birlikdə çəkib. Filmin təqdimatı “Sandens” kinofestivalında baş tutub. Qeyri-adi sənədli film kateqoriyasında münsiflər tərəfindən mükafata layiq görülüb.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B8%D0%BB%D0%BB%D0%B8%D0%BF%D1%81,_%D0%A2%D0%BE%D0%B4%D0%B4