Tom Henks
Aktyor, kinorejissor
Tomas Ceffri Henks 9 iyul 1956-cı ildə Konkord şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Anası portuqaliyalı, atası isə ingilisdir. Anası xəstəxanada işləyirdi, atası isə yerli restoranların birində baş aşpaz idi. Tom ailənin üçüncü övladı idi. Henksin dünyaya gəlməsindən beş il sonra valideynləri ayrılır və Amerika qanunlarına əsasən, üç övladı (Tom, Larri, Sandra) ata ilə qalır. Erkən yaşlarından Tom aktyor istedadını göstərir və yumor hissi ilə ətrafının diqqətini cəlb edir. Henks Klivlenddə çıxış edən kiçik aktyor qrupuna dəvət alandan sonra təhsilini yarımçıq qoyur. Tom Henks 1980-ci ildən kinoya çəkilməyə başlayır. Aktyor kimi əsl açılışı isə "Sıçrayış” romantik komediyasından sonra olur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Tom_Henks
Hörmətli istifadəçi, Zəhlətökən Qonşum filmi artıq çoxdan nümayişdədir. Nümayiş olunan filmlər tezliklə bölməsində olmur.