Entoni Hopkins

Entoni Hopkins

Aktyor, bəstəkar

BİOQRAFİYA
Entoni Hopkins 31 dekabr 1937-ci ildə Uelsin Marqam qəsəbəsində (Böyük Britaniya) çörəkçi Riçard Artur Hopkinsin ailəsində anadan olub. 1949-cu ildə valideynlərinin təkidi ilə Pontipul şəhərinin "Jones 'West Monmouth Boys' School" məktəbinə daxil olub. Orada beş semestr oxuduqdan sonra "Cowbridge Grammar School" məktəbinə keçib. Uşaqlığında disleksiyadan əziyyət çəkib və bu xəstəlik onun məktəbdə dərslərinə də təsirsiz ötüşməyib. Bir müddətdən sonra Entoni özünü incəsənətə, rəssamlığa və ya musiqiyə həsr etmək qərarına gəlir. Aktyor peşəsini seçməsində 15 yaşında olarkən Hollivud ulduzu Riçard Börtonla görüşü həlledici rol oynayıb. Onun dəstəyi ilə Entoni sənədlərini Uels Kral Musiqi və Dram kollecinə verib (Kardif şəhəri). 1957-ci ildə həmin təhsil müəssisəsini bitirib. Orduda iki il xidmət çəkdikdən sonra 1959-cu ildə Londona köçür, orada təhsilini “Kral Dram İncəsənət Akademiyasında” davam etdirir. 1967-70-ci illərdə Britaniya milli teatrında fəaliyyət göstərib. Sonradan ABŞ-a yollanır və kinolarda çəkilməyə başlayır. 1992-ci ildə "Quzuların səssizliyi" filmində yaratdığı hannibal-manyak obrazına görə "Oskar" mükafatına layiq görülüb. "Oskar" mükafatı ilə yanaşı, üç dəfə "BAFTA", bir dəfə "Cecil B. DeMille" mükafatlarına layiq görülüb. Entoni Hopkins iki dəfə “Emmi” mükafatı laureatı olub: 1975-ci ildə ekranlara çıxmış “Linderberqin oğurlanması üzrə iş” bioqrafik dramında oynadığı Bruno Qauptman roluna görə və 1981-ci ilin “Bunker” filmində Hitler roluna görə. Rejissorluq fəalliyyətinə isə 1995-cı ildə Anton Çexovun "Vanya əmi" əsərinin motivlərinə çəkdiyi "Avqust" filmini misal göstərmək olar. 1987-ci ildə Böyük Britaniya şahzadəsi Hopkinsi "Cəngavər" titulu ilə mükafatlandırır. Bu mükafat ona Böyük Britaniya incəsənətinə göstərdiyi misilsiz xidmətləri və onu bütün dünyada layiqincə yaymasına görə verilir. 2000-ci ildən ABŞ-da vətəndaşlıq alaraq, daimi orda yaşamağa başlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Entoni_Hopkins

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç