Al Paçino

Al Paçino

Aktyor, rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Al Paçino 25 aprel 1940-сı ildə ABŞ-ın Nyu-York şəhərində (ABŞ) anadan olub. Əslən italyandır. Ona məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967-1969-cu illərdə "Nyu-York polisi" (N.Y.P.D) teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleone rolunu canlandırıb. Bu roluna görə kino tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilib. 1973-cü ildə o, "Serpiko", "Müqəvva" filmlərində, sonralar isə "Xaç atası 2" (1974), "İt günündə günorta" (1975), "Bobbi Derfild" (1977), "Ədalət hamı üçündür" (1979), "Qatili axtaran" (1980), "Müəllif! Müəllif!" (1982) filmlərinə çəkilib. 1983-cü ildə Al Paçino özünün əsas işlərindən saydığı Brayn De Palmanın "Çapıqlı üz" (1983) filmində Toni Montana rolunu oynayıb. 1980-ci illərdə Al Paçino güclü alkoqol aludəçisinə çevrilib. Nəticədə onun kino karyerasında dördillik boşluq yaranıb. Bu illərini teatra həsr edir. 1989-cu ildə o, yenidən filmlərə çəkilməyə başlayır. 1992-ci ildə "Qadın ətri" filmindəki roluna görə "Oskar mükafatına" layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Al_Pa%C3%A7ino

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç