Leonardo DiKaprio

Leonardo DiKaprio

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA
Leonardo DiKaprio 11 noyabr 1974-cü ildə Hollivudda (Los-Anceles, Kaliforniya ştatı, ABŞ) dünyaya gəlib. Atası Corc DiKaprio yumor janrındakı kitabların distrübüteri, anası İrmelin İndenbirken isə uşaqlıq illərində Almaniyadan Amerikaya köçmüş bir ailənin qızı idi. DiKaprio hələ bir yaşında ikən valideynləri boşanır və anasının himayəsinə verilir. Uşaqlığında beysbol kartları və yumor kitabları ilə maraqlanan DiKaprio tez-tez atasıyla muzey ziyarətlərində olur və babasıyla nənəsinin yaşadığı Almaniyaya gedirdi. Aktyorluqla maraqlanmağa başlayan DiKaprio reklam filmlərində çəkilməyə başlayır. İlk dəfə kamera qarşısına beş yaşında keçir. Onun aktyorluq karyerası 1989-cu ildə "Parenthood" adlı TV serialı ilə başlayır. Film çəkilişləri əsnasında ən yaxın yoldaşlarından biri olacaq Tobi Maquayr ilə tanış olur. Eyni ildə məşhur serial “Santa Barbara”da rol aldıqdan sonra 1991-ci ildən 1992-ci ilə qədər “Yeniyetməlik dövrü” adlı TV serialında evsiz-eşiksiz Lük Brauer xarakteri ilə tamaşaçı qarşısına çıxır. İlk əhəmiyyətli rolu 1991-ci ildəki “Critters 3” filmindəki Coş xarakteri olur. DiKaprio 1993-də məşhur aktyor Robert De Niro ilə eyni filmdə oynama şansına nail olur. "Bu oğlanın həyatı" filmindəki performansıyla "New-York Film Critics" və "The National Society of Film Critics" tərəfindən müsbət rəylər alan DiKaprio elə həmin il "Gilbert Qreypi narahat edən nədir?" filmindəki rolu ilə hələ 19 yaşındaykən "Ən yaxşı ikinci plan aktyoru" kateqoriyasında "Oskar" mükafatına namizəd göstərilir.1995-ci ildə heroin asılılığı olan basketbolçunu canlandırdığı “Basketbolçunun gündəliyi” filmi ilə ulduzu daha çox parlamağa başlayan DiKaprio məşhur rejissor Baz Lurmanın da marağını çəkməyə başlayır. Lurmanın Uilyam Şekspirin bütün zamanlara meydan oxuyan əsəri “Romeo və Cülyetta” əsəri əsasında çəkilmiş “Romeo + Cülyetta” və 1997-ci ildə çəkilən ”Titanik” filmləri ilə dünya şöhrəti qazanıb. 2000-ci illərdə “Bacarırsansa, tut məni”, “Nyu-York quldurları”, “Qanlı almaz”, “Dönüklər”, “Lənətlənmişlər adası”, “Başlanğıc”, “Azad olmuş Canqo”, “Dahi Getsbi”, “Sağ qalan” kimi böyük ekran əsərlərində rol alır. “Oskar”, "Qızıl Qlobus" və BAFTA daxil olmaqla, bir çox mükafatların sahibidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Leonardo_DiKaprio


FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç