Antonio Banderas
Aktyor
Antonio Banderas 10 avqust 1960-cı ildə İspaniyanın Malaqa şəhərində doğulub. Anası Ana Banderas məktəb müəlliməsi, atası Xose Domínqes isə polis idi. Antonio Banderas səhnə soyadını anasından götürüb. Hloya adlı bacısı var. Uşaq ikən ən böyük arzusu peşəkar futbolçu olmaq idi, lakin 14 yaşında ikən ayağı sınır və bu arzusunun üstündən birdəfəlik xətt çəkilir. Bundan sonra dram dərsləri alaraq teatr truppalarında çıxış edir. Truppalarda və küçələrdə öz bacarığını nümayiş etdirən Banderas nəhayət ki, İspaniya Milli Teatrına daxil ola bilir. 1995-ci ildə ispan rejissor Fernando Truebonun "İki nəfər çoxdur" filmində Banderasla ondan üç yaş böyük Melani Qriffit arasında "roman" başlayır. Melani Qriffit məhz Antonio Banderasa görə Don Consonu atır. Antonio da 1988-ci ildən bir yerdə olduğu həyat yoldaşı Ana Lesa ilə ayrılır. Bir ildən sonra isə sevgililər evlənirlər. 1996-cı ildə cütlüyün Stella del Karmen Banderas Qriffit adlı qızları doğulur. 2015-ci ildə onlar boşanırlar. Aktyor İspaniya Sosialist Fəhlə Partiyasını dəstəkləyir. "Malaqa" futbol klubunun azarkeşidir. Antonio Banderas şərabçılıqla məşğuldur, vətəni İspaniyada üzümçülük sahəsi var. Öz adı ilə ətir brendi var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Antonio_Banderas