Martin Skorseze

Martin Skorseze

Rejissor, prodüser, aktyor, ssenarist

BİOQRAFİYA

Martin Skorseze 17 noyabr 1942-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Atası Lusiano Çarlz Skorseze (1900-1993) və anası Ketrin Skorsezedir (1912-1997). İtaliyan əsilli ABŞ-lı ailədən gəlir. Uşaqlığı asma xəstəliyi ilə mübarizə ilə keçib. 1960-ci ildə Nyu-York Universiteti Kino bölümünə daxil olur. 1964-ci ildə məzun olur və 1966-cı ildə Nyu-York Universitetindən film nominasiyasında master dərəcəsi alır. Amerika yeni dalğa axınının əhəmiyyətli nümayəndələrindən biridir və sinematoqrafik arxitekturasının yanında, təməl dramatik axtarışları olan xristianlıq, cinayət, ədalət və şiddət ünsürlərini işləyən hekayə və xarekterləri ilə uğur əldə edib. 1997-ci ildə Amerika Film İnstitutu tərəfindən verilən "AFİ Həyat Boyu Müvəffəqiyyət Mükafatı"na layiq görülüb. 2007-ci ildə "The Departed" adlı filminə görə, "ən yaxşı rejissor nominasiyası"nda "Oskar" mükafatının sahibi olub. Keçmişdə bir çox filmdə Robert De Niro, Joi Peski və Harvey Keytel ilə işləyən rejissor, son dövrdə "Gangs of New York", "The Aviator" və "The Departed" filmlərində Leonardo Di Kaprio ilə işləyib. Ayrıca Maykl Ceksonun "Bad" klipinə rejissorluq edərək böyük uğur əldə edib. Rejissor həmçinin, BAFTA və "Qızıl Qlobus" mükafatlarının sahibidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Martin_Skorseze

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç