Lora Dern
Aktrisa, prodüser, rejissor
Lora Dern 10 fervral 1967-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) dünyaya göz açıb. Valideynləri Brüs Dern və Dayan Ledd aktyor olublar, babası Corc Dern isə 1933-36-cı illərdə ABŞ-ın müdafiə naziri olub. Loranın ilk rollarından biri anasının baş rolda çəkildiyi “Alisa daha burada yaşamır” filmində olub. Lora Dern Cənubi Kaliforniya Universitetinə qəbul olur, lakin təhsilini davam etdirmir. Tezliklə Stanislavski sisteminin əsas tutulduğu Li Strasberqin kino məktəbinə gedir. 80-ci illərin əvvəlindən başlayaraq, aktiv şəkildə çəkilişlərdə iştirak etməyə başlayır. Uğurlu işləri arasında “Maska” və “Xoş söhbət” filmlərini vurğulamaq olar. Lakin Lora Dern ən böyük uğurunu Devid Linçin 1986-cı ildə çəkdiyi “Göy məxmər” filmindən sonra qazanır. Dörd il sonra Linç Lora Derni “Vəhşi ürək” filmində əsas qadın roluna dəvət edir. Bu film Kann kinofestivalında "Qızıl Palma" budağına layiq görülür. 1991-ci ildə Lora Dern və anası Dayan Ledd “Əxlaqsız Roza” dramında çəkilirlər. Hər iki aktrisa bu layihəyə görə "Oskar"a namizəd olur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Laura_Dern