Rene Zellveger - amerikalı teatr, televiziya və kino aktrisasıdır. Daha çox “Çikaqo” (Chicago, 2012), “Soyuq Dağ” (Cold Mountain, 2003), “Cerri Maquayer” (Jerry Maguire, 1996), “Bricet Consun gündəliyi” (Bridget Jones Diary, 2001) filmlərində oynadığı rolları ilə yadda qalıb. Karyerası ərzində 46 televiziya, bədii film və seriala çəkilib. Son rolları - “Cudi” filmində Cudi Qərland və “Mavi Gecə” (Blue Night, 2018) filmində Debbi Hol rolu sayılır. “Cudi” filminin premyerası 2019-cu ilə nəzərdə tutulub. 25 aprel 1969-cu ildə Texas ştatının Hyüston şəhərinin kənarında yerləşən Keti qəsəbəsində doğulub. Atası isveçrəli mühacir olub, mühəndis elektrik vəzifəsində çalışıb, anası isə saam soyundan olan norveçlidir, şəxsi tibb bacısı işləyib. Renenin özündən iki yaş böyük Drü Zellveger adlı qardaşı var. Hazırda marketinq sahəsində inzibatçı vəzifəsində çalışır. "Katy High School" məktəbində oxuduğu illərdə Rene gimnastika ilə məşğul olub və təhsil müəssisəsinin dramatik dərnəyində iştirak edib. Gələcəkdə kino aktrisası olmağı qarşısına məqsəd qoyub. Aktrisa karyerasını qurmazdan əvvəl Texas Universitetində ali təhsil alıb. Məzun olduqdan sonra Hollivuda yollansa da, ürəyinə yatan rol ala bilməyib və məyus vəziyyətdə doğma ştatına qayıdıb. Renenin Hyuston şəhərində iştirak etmədiyi kastinq qalmamışdı. Nəyahət “Reallıq sancır” filmində ikinci dərəcəli rol qazanmağa nail olur. Həmçinin tənqid atəşinə məruz qalan “Elektrik Mişarı ilə Texas qırğını” qorxu filminin sikvelində rol alır. Filmin çəkilişlərində gələcək ulduz Mettyü Makkonaxi ilə tanış olur. Sonuncu ona Los-Ancelesə köçməyə və bəxtini orada sınamağı tövsiyyə edir. "Bricet Consun Gündəliyi" filmi ilə sənət dünyasının də diqqətini çəkir və yalnız bir ingilis qızı canlandırdığı bu filmdəki performansı ilə "Ən yaxşı aktrisa" nominasiyasında Akademiya Mükafatına namizəd göstərilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ren%C3%A9e_Zellweger