Xoakin Feniks

Xoakin Feniks

Aktyor, prodüser

BİOQRAFİYA

Xoakin Rafael Feniks 28 oktyabr 1974-cü ildə Puerto-Rikoda anadan olub. Anası Arlin Şeron Feniks Macarıstan və Rusiyadan Bronksa köçmüş yəhudi miqrant ailəsində doğulub. Atası Con Li Battom isə Kaliforniyada doğulsa da ispan-irland əsillidir. Valideynləri “Tanrının övladları” sektasının üzvləri olub və Cənubi Amerikaya səyahət edərək missionerliklə məşğul olublar. Aktyor “Qızıl Qlobus” kino mükafatının dördqat namizədi və laureatıdır. Venesiya kinofestivalında ən yaxşı kişi roluna görə Volpi kubokuna layiq görülüb. Bundan əlavə “Qremmi” musiqi mükafatının sahibidir. “Oskar” və Britaniyanın kinoakadaemiya mükafatının üçqat namizədidir. Dünya şöhrətini Feniksə “Qladiator” filmində canlandırdığı zülümkar Roma imperatoru Kommod obrazı qazandırıb. Həmçinin “İşarələr”, “Ruanda oteli”, “Sirli meşə”, “Həddi aşma”, “O” kimi məşhur filmlərdə oynadığı rollara görə tanınır. Kinotənqidçilərin təbirincə, yaradıcılığının zirvəsi “Sənətkar” filmində canlandırdığı Freddi Kuel roludur. Həmin rola görə, Feniksin ən yaxşı kişi rolu nominasiyası üzrə “Oskar” mükafatına namizədliyi irəli sürülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Joaquin_Phoenix
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç