Filmdə hadisələr 2028-ci ildə, Detroit şəhərində (ABŞ) cərəyan edir. Cinayətkarlıq səviyyəsi bütün həddləri aşaraq, hüquq mühafizə orqanlarının tam nəzarətindən çıxıb. Aleks Merfi kriminal aləmlə mübarizə aparan dürüst polis əməkdaşıdır. Cinayətkarlara qarşı güzəştə getmir və hər vəchlə ədalətin öz yerini tapmasını istəyir. Bəzi qanundankənarların yolunu kəsdiyindən, onun axırına çıxmaq qərarına gəlirlər. Ona suiqəsd təşkil edib avtomobilini partladırlar. Partlayışdan sonra Aleks ağır vəziyyətdə xəstəxanaya təxliyə olunur. Bədəninin 80% yandığından komaya düşür. “OmniKorp” yüksək texnologiyalar şirkətinin tərtibatçıları bunu fürsət bilərək uzun müddət gerçəkləşdirməyə çalışdıqları eksperimentə əl atırlar. Onlar insanla robotu birləşdirirlər. Beləcə Aleks sağ qalmaqdan savayı, həm də unikal bacarıqlara malik olan bədən əldə etmiş olur. O ədalətin bir nömrəli keşikçisinə, polis robotuna – Robokopa çevrilir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar