Yuel Kinnaman

Yuel Kinnaman

Aktyor

BİOQRAFİYA

Çarlz Yuel Nordström Kinnaman 25 noyabr 1979-cu ildə Stokholm şəhərində (İsveç) anadan olub. Anası isveç yəhudisi, atası damarlarından ingilis, irland, şotland və alman qanı axan amerikalıdır. Vyetnam müharibəsi zamanı ABŞ-dan İsveçə mühacirət edib. Atasının Birləşmiş Ştatlarda doğulması hesabına, Yuel ikili vətəndaşlığa (İsveç və ABŞ) malikdir. Yuelin ögey bacısı Melinda aktrisadır. Kinnaman tələbə mübadiləsi proqramı əsasında bir il Texasda oxuyub. Tələbə olduğu illərdə ingilis dilində danışığını mükəmməl səviyyəyə çatdırıb. Amerikalı aktrisa Oliviya Mannla görüşüb. 2014-ci ildən döymə ustası Kleo Vattenströmlə vətəndaş nikahındadır. 2016-cı ilin aprel ayında cütlük münasibətlərini rəsmiləşdirib. Kinnamanın aktyor karyerası 2002-ci ildən başlayır. “Sənin damarlarında” adlı lentdə və Yuhan Falke haqqında bir neçə filmdə oynadığı rollarla kifayət qədər nüfuz qazanıb. 2011-ci ildən Stiven Holderin “Qətl” detektiv teleserialına çəkilib. “Müftə pullar” filmində oynadığı rola görə "Ən yaxşı aktyor” nominasiyasında “Qızıl Böcək” mükafatına layiq görülüb. Həmçinin, “Robokop”, “İntiharçılar dəstəsi”, “Əjdaha döyməli qız” blokbasterləri və “Qətl” və “Formasını dəyişmiş karbon” seriallarında oynadığı rollara görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Joel_Kinnaman

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç