Maykl Kennet Uilyams

Maykl Kennet Uilyams

Aktyor, prodüser

BİOQRAFİYA

Maykl Kennet Uilyams 22 noyabr 1966-cı ildə Nyu-Yorkun Bruklin rayonunda (ABŞ) anadan olub. Atası Cənubi Kaliforniyalı afro-amerikan, anası bahamalıdır. Corc Uestinhaus karyera məktəbində, daha sonra isə peşə təhsili üzrə ali məktəbdə oxuyub. DNT analizinə əsasən, Uilyamsın bir tərəfi Syerra-Leonedə yaşayan Mende xalqına gedib çıxır. Canet Ceksonun “Rhytm Nation 1814” albomundan ilhamlanaraq, məktəbi və işini (əczaçılıq şirkətində yarım ştat işləyirdi) atıb və rəqqas karyerasına başlayıb. Bir il ərzində Uilyams çoxlu səsyazma və rəqs studiyalarına baş çəkib. Müğənni Kim Simsin musiqi turnesi zamanı səhnəyə çıxan rəqqaslardan biri olub. Eyni zamanda, Corc Maykl, Madonna və digər ulduz müğənnilərin kliplərində rəqqas olaraq çəkilib, qastrollarda iştirak edib. 2002-ci ildə “Dinləmə” teleserialında oynadığı rolu ilə şöhrət qazanıb. Bundan sonra bir çox məşhur ABŞ seriallarında, o cümlədən, “Qanun və qayda: Xüsusi korpus”, “Casus qadın”, “Boston vəkilləri”, “CSI: Cinayət yeri” və digər seriallara dəvət alıb. Böyük kinoda ən tanınmış rolları “Satqın”, “12 illik köləlik”, “Robokop” (2014 remeyki”) və “Yol” filmlərində oynadığı rollar sayılır. "Battlefield 4" oyununda “İrland” adlı personaj onun prototipi əsasında yaradılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Michael_K._Williams

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç