Con - İ ( Jung - E 2023 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, Cənubi Koreya, 16+
Con - İ Jung - E
98 dəq.
az, ru, en
1080p, 720p, 360p
Elmi-Fantastika Dram
6 TvSeans   5.4 IMDb   5.5 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Gələcəkdə iqlim dəyişikliyi səbəbindən Yer planeti yaşayış üçün yararsız hala düşüb, insanlar kosmosda xüsusi sığınacaq məntəqələrinə köçüblər. Tezliklə ayrı-ayrı koloniyalar arasında uzun onilliklər ərzində davam edən müharibə başladı. Kronoid korporasiyası eksperiment aparır: əfsanəvi keçmiş muzdlu Çon-i-nin beynini klonlaşdırmaqla tədqiqatçılar müharibədə qalib gəlməyin açarı ola biləcək mükəmməl döyüş süni intellektini yaratmağa çalışırlar.
www.TVSEANS.com saytında HD keyfiyyətdə "Çon - İ" filminə onlayn baxın.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Yön San-ho
Ssenarist(lər):
Yön San-ho
Digər Rollarda:  
Kan Su-yon, Kim Hyon-cu, Rü Qyon-su, Li Don-xi, Xan U-yol

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Aga   20.12.2023
Şərhlərə baxaraq, filimə baxdım ,10-dan 3bal vermək olar
Ali   31.08.2023
izləmək olar,gedişatda başqa nəticə gözləyirdim,daha yaxşı ola bilərdi.
1
Hemid   29.06.2023
normal film idi ve eminemki gelecekden xeber veren film idi
1
Polar   06.06.2023
Front End developerleri biraz heveslendirin saytin responsivliyin duzeltsinler plansetle girende duymelerin yerin tapanmiram
Rovshan İsayev   02.06.2023
Maraqlı film idi
2
nariman   12.05.2023
azerbaycanda bele mohteshem saytin olmagi cox sevindirici haldi ozude 2manat abune haqqi ile tvseans sizi sevirik menfi ve menasiz yazilan reylere fikir vermiyin
3
TVSEANS_MM   13.05.2023
Əziz Nəriman bəy, xoş sözləriniz və dəstəyiniz üçün təşəkkür! Çalışırıq hər kəsin zövqünü oxşayaq və hər janrda bütün ölkələrdən filmlər yerləşdirək.
7
Vilayetmemmedov   17.12.2023
Allah Sizi Qorusun Amin Ela Paylaşımlar,
2
nariman   12.05.2023
ela dublaj TVSEANS zehmet olmasa Pulp Fiction filminide dublaj edib qutarardiz
2
Murad   10.05.2023
Hər dəfə yazıram yenə də yazacam. 5 ildən artıq, səhifənin izləyicisi olaraq buna haqqımın çatdığını da hesab edirəm.
1. İzləyicinin kanal idarəçisinin zövqünə uyğun filimlərə baxması doğru deyil.
2. Artıq neçənci dəfədir ki, mənasız elmi fantasik filim tərcümə edib sayta yerləşdirirsiz. Bu tip filmlərə dünya baxmırsa biz niyə baxaq axı.
3. Film tərcümə edilir və onun reytinqi 5.4 dir. Hər halda elə bu göstərici də flmin keyfiyyətindən xəbər verir.
4. O qədər yüksək səviyyəli "Holywood" filmləri çəkilir, nə qədər "oscar" nomininasiyaları oldu (Balina, İnşerin Banşiləri, Qadınlar danışır və s. və ilaxır.) Məcbursuz kino sənayesi "bollivudu" aşmayan C.Koreya filmi əlavə edəsiz?
5. Yazdıqlarımı ürəyi dolu olan, mənim kimi düşünən izləyicilər üçün yazdım. Onsuzda bir neçə aydır ki, tamaşacı rəyi sizlərə maraqsızdır.
Təəssüf
12
Murad   12.05.2023
Diqqətiniz üçün, ələxsus da şərhimi bərpa etdiyiniz üçün təşəkkür edirəm. Həmçinin istəməzdim ki, şərhim sizin üçün aqresiya doğursun. Bu günə qədər filimlərin aşağısından onlarla şərhlər yazmışam, sosial şəbəkələrdə platformanı və paylaşımları dəfələrlə həm də sevə sevə təqdir etmişəm. Bu yazdıqlarım da konosevər biri olaraq saytınızın inkişafına töhvə vermək məqsədi daşıyır.
Uğurlar!
2
TVSEANS_MM   12.05.2023
Salam Murad bəy aşağıdan yazdığınız sualları cavablayırıq:
1. İzləyicinin kanal idarəçisinin zövqünə uyğun filimlərə baxması doğru deyil. - QEYD ETMƏK İSTƏYİRƏM Kİ, FİLMLƏR XARİCDƏKİ BAŞ OFİSDƏN GÖNDƏRİLİR.

2. Artıq neçənci dəfədir ki, mənasız elmi fantasik filim tərcümə edib sayta yerləşdirirsiz. Bu tip filmlərə dünya baxmırsa biz niyə baxaq axı. - HƏR İNSANIN ZÖVQÜ FƏRQLİDİR, TVSEANS PLATFORMASINDA DİGƏR FİLMLƏR DƏ VAR, JANRLAR BÖLMƏSİNƏ KEÇİB SİZƏ UYĞUN JANRI SEÇƏ BİLƏRSİNİZ Kİ, ANCAQ FİLTR SİZİN ZÖVQÜNÜZDƏ FİLMLƏRİ SİZƏ GÖSTƏRSİN. İÇİNDƏN SEÇİM EDİB BAXA BİLƏRSİNİZ. HEÇ KƏSƏ HEÇ BİR FİLM MƏCBURİ GÖSTƏRİLMİR.

3. Film tərcümə edilir və onun reytinqi 5.4 dir. Hər halda elə bu göstərici də flmin keyfiyyətindən xəbər verir. - SİZİ BAŞA DÜŞÜRÜK AMMA DÜNYA PRAKTİKASI GÖSTƏRİR Kİ, REYTİNQİN AŞAĞI OLMASI O DEMƏK DEYİL Kİ, FİLM PİSDİR, FİLMİN HƏDDİN ARTIQ ORİJİNAL OLAMSI, ELƏCƏ DƏ İNSANLARIN BÖYÜK ƏKSƏRİYYƏTİNƏ YAXIN OLMAYAN BİR SIRA QALDIRILAN MÖVZULAR BUNA SƏBƏB OLA BİLƏR. MÖHTƏŞƏM VİZUAL QRAFİKAYA BAXMAYARAQ, DÜNYANIN YENİ SÜNİ İNTELLEKTLƏ İDARƏ OLUNMASI ASTANASINDA OLMASINA BAXMAYARAQ, BUNU BİR ÇOXLARI ÜÇÜN İZLƏMƏK OLDUQCA ÇƏTİNDİR. BUNA GÖRƏ BU PLATFORMADA ƏZİYYƏT ÇƏKƏN İNSANLARI GÜNAHLANDIRMAQ DÜZGÜN DEYİL - ONLAR HƏM SİZİN ZÖVQÜNÜZƏ UYĞUN FİLMLƏR VERİRLƏR HƏM DƏ DİGƏR TAMAŞAÇILARIN ZÖVQÜNƏ UYĞUN - ZÖVQLƏR MÜXTƏLİFDİR.

4. O qədər yüksək səviyyəli "Holywood" filmləri çəkilir, nə qədər "oscar" nomininasiyaları oldu (Balina, İnşerin Banşiləri, Qadınlar danışır və s. və ilaxır.) Məcbursuz kino sənayesi "bollivudu" aşmayan C.Koreya filmi əlavə edəsiz? - ƏZİZ İSTİFADƏÇİ ARTIQ BU SUALA 2-Cİ BƏNDDƏ CAVAB VERMİŞİK, FİLTRDƏN İSTİFADƏ EDİB İSTƏDİYİNİZ ÖLKƏNİ SEÇƏ BİLƏRSİNİZ.

5. Yazdıqlarımı ürəyi dolu olan, mənim kimi düşünən izləyicilər üçün yazdım. Onsuzda bir neçə aydır ki, tamaşacı rəyi sizlərə maraqsızdır. - RƏYİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK, BÜTÜN SUALLARINIZ CAVABLANDIRILDI.
3
Ramin   10.05.2023
Əvvəlki kollektiv və dublajçəlar çox əla işlər ortaya çıxarırdılar.Dünyaca məşhur filmlər və serialları burda yayımlayırdılar.İndikilər isə bərbaddı.Hər ay ödənişi edirəmki bəlkə düzələr....
2
Rahib   10.05.2023
Mən nəyə baxdım, ala?))
1
Fuad   11.05.2023
pisdi?