Yön San-ho
Ssenarist, rejissor, aktyor, prodüser, montajçı, operator
Yön San-ho – cənubi-koreyalı rejissor, rejissor-multiplikator, ssenarist, operator və prodüserdir. 1978-ci ildə Seul (Cənubi Koreya) şəhərində anadan olub. “Qərb incəsənəti” ixtisası üzrə Sanmön universitetini bitirib. 2004-cü ildə “Studio Dadashow” adlı prodüser şirkətini təsis edib və qısametrajlı cizgi filmləri çəkməyə başlayıb. İlk tammetrajlı animasiya layihəsi “Donuzlar kralı” animasiya trilleri sayılır. Adı çəkilən lent Kann kinofestivalının “Qızıl kamera” müsabiqəsinin nominantlarından olub. 2013-cü ildə “Pəncərə” adlı qısametrajlı film üzərində gördüyü işə görə “Enni” mükafatı nominantlarının siyahısına düşüb. 2016-cı ildə “Busan qatarı” zombi-horroru ilə ilk tammetrajlı kinodebütünü edib və təkcə ölkəsində deyil, beynəlxalq miqyasda da böyük nüfuz qazanıb. 2020-ci ildə filmin sikvelini lentə alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Yeon_Sang-ho