Edvard Noymayer
Ssenarist, prodüser, rejissor
Edvard Noymayer — amerikalı ssenarist, prodüser və rejissordur. “Robokop” və “Ulduz desantı” (Starship Troopers) elmi-fantastik filmləri üzərindəki işləri ilə tanınıb. Həmçinin “Ulduz desantı 3: Talançı” (Starship Troopers 3: Marauder) filmi üzərində çalışıb. Noymayerin Keysi noymayer və Şayn Noymayer adlı iki övladı var. Noymayer Kaliforniya Universitetində jurnalistikanı öyrənib. Daha sonra Los-Ancelesdə Kaliforniya Universitetinin Kinofilm və televiziya məktəbində təhsil alıb. Bakalavr dərəcəsini aldıqdan sonra Noymayer Hollivud kinosənayesində çalışmağa başlayıb. Əvvəl "Taksi" serialı rejissorunun assistenti kimi, daha sonra Paramount Pictures və Columbia Pictures korrektor vəzifəsində çalışıb. Universal Pictures şirkətinin alt şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Robokop filmi üçün ssenari yazdığı ərəfələrdə ona Universal Pictures Şirkətinin vitse-prezidenti vəzifəsi təklif olunur. Lakin Maykl Maynerilə Robokop filminin ssenarisi üzərində işini davam etdirmək üçün bu təklifdən imtina edib.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%BE%D0%B9%D0%BC%D0%B0%D0%B9%D0%B5%D1%80,_%D0%AD%D0%B4%D0%B2%D0%B0%D1%80%D0%B4