Qari Oldmen

Qari Oldmen

Aktyor, rejissor, musiqiçi

BİOQRAFİYA

Qari Leonard Oldmen 21 mart 1958-ci ildə Londonda (İngiltərə) qaynaqçı ailəsində anadan olub. Qarinin yeddi yaşı olanda atası ailəni tərk edib. Balaca Qari iki bacısı ilə anasının yanında böyüyüb. Ona çox nadir hallarda baş çəkən atası 62 yaşında əyyaşlıqdan vəfat edib. 14 yaşı olan Qari Qrinviç Gənclər Teatrının truppasına daxil olub, 16 yaşında isə idman ləvazimatlarının satışı ilə məşğul olmaq üçün məktəbi yarımçıq qoyub. Amma o, eyni zamanda ədəbiyyatla yaxından maraqlanır və pianoda çalırmış. Dram müəllimi Rocer Uilyams Qarinin həyatında həlledici rol oynayaraq, onu kino aləminə gətirir. 1979-cu ildə gənc Qari Kent şəhərindəki Rouz Brufordun səhnə danışığı və dram kollecini əla qiymətlərlə bitirib. 2018-ci ildə "Zülmət zamanı" filmində canlandırdığı Uinston Çörçill roluna görə "Oskar" mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Qari_Oldmen

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç