Ceki Erl Heyli
Aktyor, rejissor, ssenarist
Ceki Erl Heyli — amerikalı teatr, kino və televiziya aktyoru, ssenarist və rejissordur. Karyerasına altı yaşında reklamda çəkilməklə başlayıb. Bundan sonra yeniyetmə seriallarının ulduzuna çevrilir. Kino və telefilmlər üçün ssenari yazmağa başlayır. “Mühafizəçilər” filmindəki Rorhoş roluna görə daha çox tanınıb. “Oskar” mükafatına namizəd olub. Bır çox filmlərdə, o cümlədən “Çəyirtkə günü” (1975), “Dözülməz ayılar” (1976), “Lənətlənmiş vadi” (1977), “Bunu itirərkən” (1983) və sair filmlərdə çəkilib. Karyerasında eniş müşahidə olduğu dönəmdə (1990- 2000–ci illərdə) bir əksər televiziya çarxlarının rejissoru və prodüseri olub. 2006-cı ildə “Bütün kral nəsli” filmi ilə böyük ekrana dönür. Həmin il “Balaca uşaq kimi” filminə çəkilir, bu filmə görə “Oskar” mükafatına namizəd olub. 2009-cu ildə “Mühafizəçi” filmində və rejissor Martin Skorsezenin baş rolda Leonardo Di Kaprionun iştirakı ilə “Lənətlənmişlər adası” filmində epizodik rolda çəkilib. Həmin il “Canlı nişan” teleserialının çəkilişləri başlayıb. Ceki baş qəhrəmanın yardımçısı Herrero rolunda iştirak edib. İki mövsümdən sonra serial çəkilişləri dayandırılıb. 2010-cu ildə “Vyzov küçəsində dəhşət” remeykində Robert İnqlundu əvəz edərək Freddi Krüqer rolunda çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D0%B9%D0%BB%D0%B8,_%D0%94%D0%B6%D0%B5%D0%BA%D0%B8_%D0%AD%D1%80%D0%BB