Semüel L. Cekson

Semüel L. Cekson

Aktyor, prodüser

BİOQRAFİYA

Semüel Leroy Cekson 21 dekabr 1948-ci ildə Vaşinqtonda (ABŞ) anadan olub. Uşaqlıqda anası və babası ilə yaşayıb. Orta məktəbi əla qiymətlərlə oxuyan Semüelin musiqiyə marağı var idi. Yeniyetmə yaşlarında arxitektor olmağı arzulayan gənc Atlant kollecinin memarlıq fakültəsinə daxil olur. Lakin tezliklə dram fakültəsinə dəyişdirilir. Təhsil ocağında Semüel həvəskar teatr tamaşaları təşkil edirdi. Truppanın əsas üzvləri zəncilərdən ibarət idi. Ana və baba onun aktyorluq istedadına inanmır və doğru yolda olmadığını düşünürdülər. Cekson hamburqer reklamına çəkiləndə vəziyyət dəyişir. O, fəst-fudu elə iştahla yeyirdi ki, tamaşaçı onun səmimiliyinə inanmaya bilməzdi. Bu çəkilişə görə tələbə ilk qazancını əldə edir. Tələbə vaxtları dəfələrlə irqçilik problemləri ilə qarşılaşır. Sosial ədalətsizlik onu qaradərililərin müdafiəsinə qalxmağa vadar edir. “Birlikdə, əbədi olaraq” filmində debütü baş tutur. Sonra “Reqtaym” dramında çəkilir. İlk rolları ona populyarlıq qazandırmır, əksinə, növbəti 10 il ərzində rejissorlar onu yada salmırlar. Bütün bu illər ərzində Semüel teatrda fəaliyyət göstərir. 1985-ci ildə aktyor “Spenser” serialına təsdiqlənir. 90-cı illərdə Cekson “Yaxşı oğlanlar” kriminal dramında kiçik rola dəvət olunur. Həmin dövrdə Semüel bir çox rollarda çəkilə bilərdi, lakin narkotik və spirtli içkiyə aludə olmağı onu karyerasından uzaqlaşdırır. Bir müddət müalicə olunduqdan sonra “Tropik xəstəlik” filmində narkoman roluna çəkilir. Oynadığı qəhrəman inandırıcı alındığına görə Kann kinofestivalının xüsusi mükafatına layiq görülür. 1993-cü ildə “Dolu silah” və Stiven Spilberqin “Yur dövrünün parkı” filmlərində çəkilir. 1994-cü ildə Kventin Tarantinonun “Kriminal qiraət” filmində oynadığı Culs Uinfild obrazından sonra populyarlaşır. Cekson "Oskar" və "Qızıl Qlobus" mükafatlarına namizəd seçilir. Britaniya kinoakademiyasının "Ən yaxşı aktyor" nominasiyasında mükafatını qazanır. Bundan sonra aktyora ardı-arası kəsilmədən dəvətlər gəlməyə başlayır. Növbəti illərdə “Məğlubedilməz 3: Qisas” və "Qızıl Qlobus"a namizəd olduğu “Öldürmək vaxtı” filmlərində çəkilir. “Danışıqaparan” filminə çəkilmək üçün aktyora 5 milyon dollar qonarar ödənilir. Semüel Cekson həyat yoldaşı, aktrisa Latan Riçardsonla 1980-ci ildə ailə qurub. Xoşbəxt ailə Los-Ancelesdə yaşayır. Cekson futbolu sevir. "Liverpul" futbol klubununun fanatıdır. Qızı Zoi hal-hazırda idman kanalında prodüser vəzifəsində çalışır. Aktyor xeyriyyəçiliklə də məşğul olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Samuel_L._Jackson

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç