Maykl Mayner

Maykl Mayner

Ssenarist, prodüser, rejissor, operator

BİOQRAFİYA

Maykl Mayner - amerikalı ssenarist, rejissor, operator, prodüser və foto rəssamıdır. Riversayda Kaliforniya Universitetinin professorudur. Əfsanəvi Robot polis obrazının yaradıcısı və Robokop filminin süjetininin və ssenarisinin həmmüəllifi kimi tanınıb. “Anakonda 2: Lənətlənmiş orxideya ovunda”, “Robokop” və sair filmlərin ssenari müəllifidir. Oliver Stounun, Maykl Duqlas, Silvestr Stallonenin layihələri üçün yazdığı ssenarilərin əksəriyyəti şirkətlərin müflis olması ilə əlaqədar reallaşmayıb. "Sehrli silah" fantastik filminin rejissoru və ssenaristidir. Maykl eyni zamanda "Ulduz kitabı" filminə rejissorluq edib. 70-80-cı illərdə rejissor və operator qismində 20 musiqi klipini və bir neçə qısametrajlı filmləri çəkib. Oskara layiq görülən “Kosmik voyaj” sənədli filminin həmmüəllifidir. Memar Frenk Lloyd Raytın işlərinə həsr olunmuş bir neçə sənədli filmi ərsəyə gətirib. Onun "Labirintlər" qısametrajlı filmi 1979-cu ildə "Focus and Cine Eagle Award" mükafatı qazanıb. İkinci "Alias Jane Doe" qısametrajlı filmi Dovildə keçirilən festivalda təqdim olunub. Üçüncü “Kosmoqrafiya” filmi 1983-cü ildə Filmex göstərilib. Şəxsi fotostudiyası var. Hər ay kiçik yaşlı cinayətkarlar üçün nəzərdə tutulmuş həbsxanalarda mühazirə oxuyur.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://forumkinopoisk.ru/showthread.php?t=176939&langid=6?t=176939&langid=6

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç