Qay Riçinin "Cash Truck"nın Aktyor Heyəti Formalaşır!

13 Noyabr, 2019


Qay Riçinin (Guy Ritchie) yeni filmi Cash Truck’da Ceyson Steytem (Jason Statham) və Holt MakKellani (Holt McCallany) ilə yanaşı Skott İstvud (Scott Eastwood), Ceffri Donovan (Jeffrey Donovan), Laz AlonsoCoş Hartnett (Josh Hartnett) iştirak edəcək. Mettyu MakKonahi (Matthew McConaughey), Çarli Hannem (Charlie Hunnam), Hyu Qrant (Hugh Grant), Kolin Farrel (Colin Farrell) kimi adları bir araya gətirən son filmi The Gentlemen‘ın post-prodakşn müddətini tamamlamaq üzrə olan Qay Riçi (Guy Ritchie), vaxt itirmədən bir sonrakı proyektinə keçəcək. Bir sonrakı filminin 2004-cü il istehsalı "İnkassator"un (Le convoyeur) remeyki olacağı qısa müddət əvvəl ortaya çıxan Riçi, yeni filmin aktyor heyətini formalaşdırmağa başladı.

Filmin baş rolunda daha əvvəl Lock, Stock and Two Smoking Barrels, SnatchRevolver’də rejissorla işləyən Ceyson Steytemin (Jason Statham) yer alacağı bilinirdi. Qısa müddət əvvəl isə baş rollarda Steytemlə yanaşı, Mindhunter serialı ilə adını eşitdirən Holt MakKellaninin (Holt McCallany) iştirak edəcəyi ortaya çıxmışdı. Variety’nin xəbərinə görə Cash Truck adını daşıyan filmin aktyor heyətinə qatılan son adlar Skott İstvud (Scott Eastwood), Ceffri Donovan (Jeffrey Donovan), Laz AlonsoCoş Hartnett (Josh Hartnett) oldu.

Картинки по запросу Scott Eastwood Joins Jason Statham in Guy Ritchie's Heist Pic 'Cash Truck'

Cash Truck’ın çəkilişlərinə bu ay Londonda başlanacaq. MGM, Riçinin yeni filminin Şimali Amerika və bəzi digər bölgələrdəki haqlarını satın aldı. Çəkilişlərinə bu ay Londonda başlayacaq Cash Truck’ın çəkilişlərinin bir seriyası da Los-Ancelesdə ediləcək. 

Alber Düpontel (Albert Dupontel) və Jan Düjardenin (Jean Dujardin) baş rollarını üstləndiyi 2004-cü ildə "İnkassator" (Le convoyeur), Vigilante adlı bir zirehli maşın şirkətində işə girən bir mühafizəçi buradakı çalışanların arasına qarışıb. Onları daha yaxından tanıyarak planını həyata keçirmək üçün doğru anı gözləməsini başa salırdı. Riçinin versiyası isə hər həftə Los-Ancelesin dört bir yanına yüz milyonlarca dollar daşıyan bir zirehli maşın şirkətində işə girən H adlı sirrin bir adamın hekayəsini danışacaq. Ancaq Riçinin digər filmlərində olduğu kimi bu filmdə də hekayəyə birdən çox xarakterin baxış bucağından danışacaq.

Похожее изображение

Rejissorun SnatchLock, Stock and Two Smoking Barrels kimi ilk dövr filmlərinə yaxın durması gözlənilən The Gentlemen, önümüzdəki ilin ilk aylarında premyerası olacaq. Cash Truck’in nə vaxt izləyici qarşısına çıxacağı isə hələlik naməlumluğunu qoruyur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər