Çarli Hannem

Çarli Hannem

Aktyor

BİOQRAFİYA

Çarlz Mettyu Hannem 10 aprel 1980-cı ildə İngiltərədə doğulub. Aktyorluq karyerasına televiziya serialında kiçik bir rolla başlayıb. Hannem karyerasına davam etmək üçün Los-Ancelesə gedib. Sonradan o, "Xuliqanlar" filmində Pit Danem, "Kral Arturun qılıncı"nda kral Artur rollarına çəkilir. 2013-сü ildə Hannem Gilyermo Del Toronun “Sakit Okean səddi” fantastik döyüş filmində baş rola – Rayli Bekket roluna çəkilib. Film dünya prokatlarında 400 milyon dollara yaxın gəlir götürüb. Eyni zamanda tənqidçilərin razılığı ilə qarşılanıb. 2015-ci ildə Çarli rejissor Gilyermo Del Torro ilə əməkdaşlığı davam etdirib və onun çəkdiyi “Qanlı Zirvə” filmində doktor Alan Makmaykl roluna çəkilib. Elə həmin ildə Qay Riçinin “Kral Arturun Qılıncı” macəra filminin çəkilişlərinə qatılıb. Həmin filmdə gənc Artur rolunda çıxış edir. Şəxsi həyatına gəlincə “Douson Buxtası” (1999) serialının kastinqlərində aktrisa Ketrin Taunla tanış olub. Üç həftə romantik münasibətlərdən sonra Hannem və Ketrin münasibətlərini rəsmiləşdirib. Ancaq nikahın ömrü uzun çəkməyib. 2012-ci ildə rəsmən boşanıblar. 2005-ci ildən etibarən Morqana MakNelislə görüşür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Charlie_Hunnam

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç