Qay Riçi

Qay Riçi

Kinorejissor, ssenarist, prodüser

BİOQRAFİYA
Qay Riçi 1968-ci il sentyabrın 10-da Böyük Britaniyanın Hartfordşir şəhərində anadan olub. Ömrünün böyük hissəsini valideynləri boşandıqdan sonra ögey atası, ser Maykl Litonun XVII əsrə məxsus malikanəsində keçirib. Qay Riçi "Kart, pullar və iki lülə" (Lock, Stock and Two Smoking Barrels) adlı debüt filmindən sonra Britaniyada ən çox müzakirə edilən rejissora çevrilir. Filmin süjeti Kventin Tarantino və Con Vunun filmlərini xatırladır. Riçi Amerikanın pop şahzadəsi Madonna ilə evli olub. Yeddi illik ailə həyatından sonra, 2008-ci il oktyabrın 15-də Madonna və rejissor ayrılmaq qərarına gəlirlər. Cütlüyün 2000-ci ilin 11 avqustunda Los-Ancelesdə dünyaya gəlmiş Rokko adlı oğlu var. 2015 ci il iyulun 30-da Qay Riçi beş il görüşdüyü model Ceki Eynsli ilə ailə qurub. Cütlüyün Rafael və Levi adlı oğlu və Rivka adlı qız övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Qay_Rit%C3%A7i

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç