Ceyson Steytem

Ceyson Steytem

Aktyor

BİOQRAFİYA
Ceyson Steytem 26 iyul 1967-ci ildə Londonda (İngiltərə) doğulub. Gənc yaşlarından idmanla məşğul olub. 80-ci illərin sonunda üzgüçülük üzrə Böyük Britaniya yığma komandasının üzvü olur. Bir müddət modelliklə məşğul olur. 1998-ci ildə Ceysonun film sahəsində debütu olur. Rejissor Qay Riçi ona çəkəcəyi “Kartlar, pullar, iki lülə” adlı filmində əsas rol verir. Bununla, Ceyson dünyaya çıxış əldə edir. İki il sonra Ceyson Qay Riçinin başqa bir filmi olan “Böyük qazanc”da (2000) özünü hərtərəfli göstərir. Beləcə, Steytemi Hollivuda dəvət edirlər. Heç kimə sirr deyil ki, Ceyson Steytem “Daşıyıcı”, "Forsaj", "Məğlubedilməzlər" və “Adrenalin” filmlərindən tanınır.
Yeddi ilə yaxın Ceyson ingilis modeli və aktrisası Kelli Brukla görüşüb, sonra K.Bruk aktyor Billi Zeynlə film çəkilişləri zamanı tanış olur və Ceysondan ayrılır. Daha sonra o, müğınni Sofi Monkla tanış olur, lakin cütlük tezliklə ayrılır. 2010-cu ilin aprelindən model Rouzi Hantinqton-Uaytli ilə görüşür. 2016-cı ildə onlar nişanlanırlar. 2017-ci ilin iyununda cütlüyün Cek Oskar Steytem adlı oğlu dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Ceyson_Stethem

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç