Jan Düjarden

Jan Düjarden

Aktyor

BİOQRAFİYA
Jan Düjarden 1972-ci ildə Rüey-Malmezon şəhərində (Fransa) doğulub. Məktəbdə oxuyarkən əsas diqqətini fəlsəfəyə və incəsənətə yönəldib. Hərbi xidmətdən sonra komik aktyorlarla (Bruna Salomon, Erik Kollado, Erik Masso, Emmanuel Jukla) bərabər «Nous C Nous» qrupunu yaradıb və disk buraxıb. 5 iyul 2009-cu ildə fransız aktrisası Aleksandra Lemi ilə ailə qurub. Lemi ilə münasibətləri 2003-cü ildən başlayıb. 2013-cü ildə cütlük yollarını ayırıb. Aktyorun Qael Demarla (ilk) nikahından Simon (2000) və Jül (2001) adlı oğulları var. 2015-ci ildə vətəndaş nikahında olduğu Natali Peşala da ondan qız dünyaya gətirib. “İgidin adını eşit, üzünü görmə” (2018), “Uyğunsuz sevgi” (Un homme à la hauteur, 2016), “1 + 1” (Un + Une, 2015), “Fransız tranziti” (La French, 2014), “Xəzinə ovçuları” (The Monuments Men, 2014), “Uolt Strit canavarı” (The Wolf of Wall Street, 2013), “Artist” (The Artist, 2011) filmlərindəki rolları ilə məşhurdur.

Ətraflı məlumat üçün aşağdıakı linkə basın:
https://az.wikipedia.org/wiki/Jan_D%C3%BCjarden

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç