Skott İstvud

Skott İstvud

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Skott İstvud 21 mart 1986-cı ildə Montereydə (Kaliforniya ştatı, ABŞ) aktyor və rejissor Klint İstvud və stüardessa Ceyslin Rivzin ailəsində dünyaya gəlib. Klint övladlarını o qədər də tez qəbul etməyib. Çünki o, Ceyslinlə münasibətdə olduğu dövrdə başqa bir qadınla vətəndaş nikahında idi. Uşaqların doğum şəhadətnaməsində atasının onlardan imtina etdiyi göstərilirdi. Klintin rəsmi olaraq uşaqlarını qəbul etməməsinə baxmayaraq, o, uşaqları ilə əlaqəni kəsmir. Məhz onun səyləri nəticəsində Skott İstvud Los-Ancelesdə universiteti bitirdikdən sonra kinematoqrafiyada ilk addımlarını atıb. Skott aktyorluq karyerasına anasının soyadı Rivzlə başlasa da, sonradan soyadını İstvuda dəyişib. Skottun Kimber Linn İstvud adlı (1964) özündən böyük atabir bacısı, Kayl İstvud adlı (1968) qardaşı, Elison İstvud adlı (1972) bacısı, Françeska Rut Fişer-İstvud adlı kiçik bacısı (1993) və Morqan İstvud adlı bacısı var (1996). Skott İstvud 2014-cu ilin sentyabrında Cuel Brenqmen adlı qızla avtomobil qəzasına düşüb. Cuel avtomobilində olan nasaz təhlükəsizlik yastığının partlaması nəticəsində boynuna dəyən metal qırıqlarından həlak olub. Skott İstvud "Atalarımızın bayraqları", "Forsaj 8", "Sakit okean səddi: Qiyam" və sair filmlərdə çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Scott_Eastwood

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç