Coş Hartnett

Coş Hartnett

Aktyor

BİOQRAFİYA

Coş Hartnett 21 iyul 1978-ci ildə Sent-Pol şəhərində (Minnesota ştatı, ABŞ) anadan olub. Gənc yaşlarında futbola böyük marağı olub. 1996-cı ildə məktəbi bitirdikdən sonra Hartnett Nyu-York ştatının Perçes şəhərində yerləşən universitetdə təhsilini davam etdirir. 1997-ci ildə televiziya serialında çəkilmək təklifi alır. Lakin 1998-ci ildə olan ilk uğurlu işinə kimi Çoş, əsasən, reklam çarxlarında çəkilirdi. Maykl Bey və Cerri Brukhaymer kimi peşəkarların çəkildiyi “Perl Harbor” hərbi dramında canlandırdığı Denni Uolker rolundan sonra aktyor kimi məşhurlaşır. Həmin film “Oskar” və başqa kino mükafatlarına layiq görülür. Coş Hartnett musiqinin caz və blüz cərəyanlarının vurğunudur. Eyni zamanda, o, təsviri incəsəntlə də maraqlanır. Vegetarian həyatı yaşayan Coş yoqa ilə məşğul olur. Onun sevimli yazıçısı Fyodor Dostoyevskidir. Coş Hartnett və Elden Henson "Roulette Entertainmant" adlanan müştərək studiya qurublar. Bir zamanlar "Qara səhləb çiçəyi" filmindən tanış olduğu Skarlet Yohanssonla görüşürdü. Bir müddət müğənni Rihanna ilə sevgili olub. 2012-ci ildən aktrisa Temsin Egertonla görüşür. Cütlüyün iki övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Josh_Hartnett

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç