Kolin Farrell 31 may 1976-cı ildə İrlandiyanın Castleknock qəsəbəsində anadan olub. 1,78 m boyunda olan aktyorun 2 əkiz bacısı və 1 qardaşı var. Atası İrlandiyalı futbolçu olan Eamon Farrellin və Rita Farrellin ən kiçik oğludur. Bacısı Claudine Colinin şəxsi köməkçisi olaraq işləyir. Təhsilinə Castleknock’dakı St. Briged’s National School’da başlayır və Castleknock College ve Gormanstown College’də bitirir. 1980-cı illərin sonundan 1990-cı illərin əvvəlinə qədər Castleknock Celtic’də futbolçu olaraq oynayır. Colin atası kimi futbolçu olmaq istəsə də drama məktəbi olan Gaiety School of Acting’e girməsi onun fikrini dəyişdirir. Beləliklə Colin aktyor olmağa qərar verir. 1996-cı ildə o bu məktəbdən məzun olmadan ayrılır və BBC’nin TV serialı Ballykissangel ‘da, 1998-1999-cu illər arasında Dierdre Purcell’in serialı olan Falling For A Dancer’ rol alır. Colin Farrel, 1999-cı ildə Tim Rothun ilk rejissorluq sınağı olan The War Zone və ardından 2000-ci ildə Thadedeus Sullivanın idarə etdiyi və Kevin Spaceyin də rol aldığı Ordinary Decent Criminalla tamaşaçı qarşısına çıxdı. Heç şübhəsiz Colin Farrell debütünü 2000-ci il istehsalı Joel Schemacherin idarə etdiyi və 1971-ci ildə Lousianadakı əsgərlərdən bəhs olunan "Tigerland" adlı döyüş filmi ilə reallaşdırdı. Bu filmin ardından 2001-ci il istehsalı "American Outlaws" filmində Jesse Ceyms xarakterini canlandırdı. Bu filmlə Hollivuda transfer oldu, artıq iyirmi yaşlarında Hollivudun ən çox tələb olunan aktyorlarından birinə çevrildi. Filmin qəhrəmanı Styu Şeferd telefon köşkünün əsirinə çevrilir. Filmdə snayperin öldürməklə hədələdiyi adamdan bəhs olunur. Styu Şeferd və ya sadəcə Styu (Colin Farrel) telefon köşkünə girir və telefonu götürərkən naməlum şəxs deyir ki, əgər o köşkdən çıxsa öləcək... Filmdəki hadisələr real zamanda baş verir. Filmdəki hadisələr Nyu-Yorkda baş versə də film Los-Ancelesdə çəkilib. Film əsasən Nyu-York universiteti tələbəsinin 1996-cı ildə lentə aldığı "Xəttin sonu" adlı qısametrajlı filmin motivləri əsasında ekranlaşdırılıb. Snayperçinin tam aydın görünmədiyi səhnə əvvəlcə Ron Eldardın, sonra isə Kifer Sazerlendin iştirakı ilə çəkilib. Filmin premyerası 2002-ci il noyabrın 15-nə planlaşdırılmışdı. Amma Merilenddəki faciədən sonra film 2003-cü il aprelin 4-ü ekranlara buraxıldı. 1960-cı illərdə Larri Koen filmin konsepsiyasını Alfred Hiçkoka təklif edir. İdeya Alfred tərəfindən bəyənilsə də, qəhrəmanın niyə telefon köşkündən çıxa bilmədiyinin səbəbini tapa bilmirlər. Koen 1990-cı illərdə ssenarini yenidən vərəqləyir və snayperçi ideyasını fikirləşir. Larri Koen filmin ssenarisini bir aya yazıb. İrlandiyada film "Telefon qutusu" adı altında ekranlara çıxıb. Filmdəki bütün səhnələr ardıcıllıqla lentə alınıb. Film cəmi 12 günə lentə alınıb. 10 gün telefon köşkünün içindəki çəkilişlər üçün, 2 gün isə telefon köşkünün ətrafındakı çəkilişlər üçün lazım olub. Styu günahlarını etiraf etdiyi səhnə bircə dubla lentə alınıb. Keti Holmsla restorandakı kadr dubllarası fasilələrdə lentə alınıb. Ketinin baxışları rejissorun xoşuna gəlir və epizodu filmə əlavə etmək qərarına gəlir. Karyerasına 2002-ci ilin sonlarında, Brüs Uillislə baş rollarını paylaşdığı "Hart's War" filmi ilə davam edən Farrel, eyni ildə, Tom Kruzun baş rolda çəkildiyi Stiven Spilberqin filmi "Minority Report"la da tamaşaçı qarşısına çıxdı. Kolin 2003-cü ildə “People” jurnalının 50 ən gözəl insan sıralamasında və “Company” jurnalının “Dünyanın ən cazibədar” kişisi sıralamasında 6-cı olur. Kolin Farrelin 12 yaşından bu yana xroniki yuxusuzluq problemi var. Onun ən sevdiyi kitabın adı "Nitşe Ağladığında"dır. Məşhur aktyor Kolin Farrelin təyyarə qorxusu var. O. bir zamanlar narkotika aludə olsa da bu bəladan qurtulmağı bacarır. ”Narkotikdən qurtulduğum an özümü yenidən dünyaya gəlmiş kimi hiss etdim, zehnim cavanlaşdı” deyə aktyor jurnalistərlə öz fikrini bölüşür. Şəxsi həyatında isə 2001-ci ildə ingilis aktrisa Amelia Uarnerlə evlənsə də, elə həmin il boşanırlar. Ardından Kanadalı model Kim Bordenave ilə birlikdə yaşamağa başlayır və cütlüyün 12 sentyabr 2003-cü il Ceyms adında bir oğulları olur. 2009-cu ildə isə ikinci oğulları dünyaya gəlir. Cütlüyün münasibəti isə 2010-da bitir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kolin_Farrel