Hyu Qrant
Aktyor, prodüser
Hyu Con Munqo Qrant 9 sentyabr 1960-cı ildə Londonda (İngiltərə) anadan olub. Anası müəllim, atası azad rəssam idi. Uşaqlıqdan məktəb səhnəsində qız rollarını oynayırdı. Məktəbdən sonra incəsənət üzrə oxumaq üçün Oksfordun nəzdində prestijli kollecə daxil olur. O dövrdə kino barədə düşünməyən Hyu, karyerasına yeni başlayan rejissor Maykl Hoffmanla işləməyə razılıq verir. 22 yaşında Hyu Qrant mavi gözləri ilə agentləri cəlb edir. Menecerlər Hyunu filmlərə dəvət edirlər. Beləliklə, aktyorun kino karyerası başlayır. 1985-ci ildə Hyu Qrant “Detektiv”, “Yer üzərində sonuncu yer” mini seriallarında, “Cenninin müharibəsi”, “Şöhrət, gəlir və istək” telefimlərində çəkilir. 1987-ci ildə Ceyms Ayvroninin “Moris” filmindəki rolu, aktyora ilk məşhurluğu qazandırır. Bundan sonra Qrant baş rollara dəvət alır. Amerikada beşillik çəkilişlərdən sonra aktyor romantik qəhrəman ampluasından bezir. 1997-1998-ci illərdə Qrant demək olar ki, kinoda çəkilmir. 1999-cu ildə çəkiliş meydanına qayıdır, bu dəfə də romantik komediya qəhrəmanı olmaqdan boyun qaçıra bilmir. Culiya Robertslə Rocer Mişelin “Nottinq Hill” melodramında iştirak edir. Bu filmdən sonra Qrantın populyarlığı tədricən qayıdır. Ardınca “Bricet Consun gündəliyi”, “Real məhəbbət”, “Morqan ailəsi” kimi filmlərdə çəkilir. Hyu heç vaxt ailə qurmayıb, amma 10 il müddətdən çox aktrisa Elizabet Hörliylə münasibəti olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Hyu_Qrant